Slimfit
  1. BİOQRAFİYA

Sultan II Mahmud

Sultan II Mahmud
Sakura

Sultan II Mahmud — 1808-1839-cu illərdə Osmanlı sultanı

I Əbdülhəmidin oğludur. 1786-cı ildə İstanbulda anadan olub. 28 iyul 1808-ci ildə Ələmdar Mustafa Paşanın köməkliyi ilə Osmanlı taxtına çıxdı.

 

Haqqında

Ələmdar Mustafa Paşanı sədrəzəmliyə gətirən II Mahmud, əvvəlcə üsyankarları ortadan qaldırdı. Yeni və müasir bir ordu qurdu. Yeniçəriləri itaət və intizam altına almaq üçün qanunlar qoydu. Ancaq bu inkişaflara qarşı çıxan yeniçərilər, 15 oyabr 1808-ci ildə böyük bir üsyan çıxararaq Ələmdarı öldürdülər. Sultan Makmud, yenilikləri dayandırmaq məcburiyyətində qaldı.

Sultan Mahmud daxili işlərlə məşğul olarkən, Əflak və Boğdana sahib olmaq istəyən ruslar, Osmanlı Dövlətinə soxularaq Əflak, Boğdan, Besarabya və Dobrucanı qısa müddətdə işğal etdilər. Balkanlarda Serb, Hicazda Vəhhabi üsyanları başladı və sürətlə genişləndi. Bu üsyanlar səbəbindən II Mahmud 1812-ci ildə ruslarla Bükreş andlaşmasını imzalamaq məcburiyyətində qaldı. Hurşid Paşa, qısa müddətdə Serb üsyanını yatırtdı. Kavalalı Məmməd Əli Paşa da Vəhhabi qiyamını yatırtmaq üçün göndərildi. Hicazı zəbt edən Vəhhabiler, Əhli sünnə müsəlmanlara işgəncə və zülmlər edir, dinə təhqirlərini dvam etdirirdilər. Məmməd Əli paşa, etdiyi silahlı mübarizələrdən sonra, mübarək diyarları Vəhhabilərdən təmizlədi. Zəfər xəbərinə çox sevinən II Mahmud, Misir qubernatoru Məmməd Əli Paşaya lütfkarlıq göstərdi. Sultan Mahmud 1821-ci ildə ortaya çıxan Bənövşəyiyə üsyanını qısa müddətdə yatırtdı, qiyamın başısı olaraq Patriarxı asdırdı. Sultan Mahmud bu hadisələr əsnasında yeni təlim və təhsil qaydalarını da rədd edən yeniçərlərin və sipahilərin fəsad ocağının ortadan qaldırılması əmrini verdi. Yeniçəri ocağının aradan qaldırılması xeyirli bir hadisə kimi qəbul edilərək, tarixə "Hadisəi Xeyiriyə" adıyla daxil oldu.

Osmanlı Dövlətindəki sürətli və müsbət inkişaf, Avropa dövlətlərini narahat edirdi. İngilis və fransızlar Osmanlı Dövləti içərisindəki Mustafa Rəşid Paşa kimi adamlara kömək vəd edib aldadaraq, Rusiya ilə hərbə sövq etdilər. Misir qubernatoru Məmməd Əli Paşanı da dövlətinə qarşı çıxartdılaM. Sultan mahmud bu vəziyyətdə imperatorluğu qurtarmağa çalışırdı. Bunlar arasında ən pisi Misir qubernatoru Memet Əli Paşanın etdiyi üsyan oldu. Bütün böhranlar qarşısında, iradəsi, səbri və cəsarəti qırılmayan Sultan, iztirabı içində 1 iyul 1839-da həyata gözlərini yumdu.

 

Ailəsi

Hərəmxanası

  • Qəmərfər Sultan — Fateh məscidindəki Nəqşidil Sultan türbəsində dəfn olunub.
  • Mislinayəb Sultan — Fateh məscidindəki Nəqşidil Sultan türbəsində dəfn olunub.
  • Pərtəvpiyalə Sultan (d. 4 yanvar 1793 - ö. 25 dekabr 1855) — Sultan Mahmud türbəsində dəfn olunub.
  • Dilsəza Sultan (ö. 1816) — Yəhya Əfəndi türbəsində dəfn olunub.
  • Hoşyar Sultan (d. 1796 - ö. 1859, Məkkə)
  • Aşubican Sultan (d. 1793 - ö. 10 iyun 1870) — Sultan Mahmud türbəsində dəfn olunub.
  • Zeynifələk Sultan (d. 21 may 1818 - ö. 1842) — Fateh məscidindəki Nəqşidil Sultan türbəsində dəfn olunub.
  • Nurtab Sultan (ö. 2 yanvar 1886) — Sultan Mahmud türbəsində dəfn olunub.
  • Bəzmialəm Sultan (d. 1807 - ö. 2 may 1853) — Sultan Mahmud türbəsində dəfn olunub.
  • Əbrurəftar Sultan (ö. 1825) — Fateh məscidindəki Nəqşidil Sultan türbəsində dəfn olunub.
  • Pərviz-fələk Sultan (ö. 21 sentyabr 1863) — Sultan Mahmud türbəsində dəfn olunub.
  • Hüsnümələk Sultan (ö. oktyabr 1886) — Sultan Mahmud türbəsində dəfn olunub.
  • Pərtəvniyal Sultan (d. 1812 - ö. 5 fevral 1883) — Pərtəvniyal Validə Sultan məscidindəki türbəsinə dəfn olunub.
  • Tiryal Sultan (ö. 1886) — Yeni məsciddə dəfn olunub.
  • Zərnigar Sultan (ö. 1830) — Fateh məscidindəki Nəqşidil Sultan türbəsində dəfn olunub.
  • Ləbrizifələk Sultan (ö. 9 fevral 1865) — Sultan Mahmud türbəsində dəfn olunub.

 

Oğlan uşaqları

  • Şahzadə Murad (d. 25 dekabr 1811 - ö. 14 iyul 1812)
  • Şahzadə Bəyazid (d. 27 mart 1812 - ö. 25 iyun 1812)
  • Şahzadə Əbdülhəmid (d. 6 mart 1813 - ö. 20 aprel 1825) — Hoşyar Sultandan doğulub. Fateh məscidindəki Nəqşidil Sultan türbəsində dəfn olunub.
  • Şahzadə Osman (d. 12 iyun 1813 - ö. 10 aprel 1814) — Pərtəvpiyalə Sultandan doğulub.
  • Şahzadə Əhməd (d. 25 iyul 1814 - ö. 16 iyul 1815)
  • Şahzadə Mehmed (d. 26 avqust 1814 - ö. 28 oktyabr 1814)
  • Şahzadə Mehmed (d. 4 avqust 1816) — 1 sutka sonra vəfat etdi.
  • Şahzadə Süleyman ( d. 29 avqust 1817 - ö. 14 dekabr 1819)
  • Şahzadə Əhməd (d. 13 oktyabr 1819 - ö. 24 dekabr 1819)
  • Şahzadə Əhməd (d. 25 dekabr 1819 - ö. 28 dekabr 1819)
  • Şahzadə Abdullah (d. 4 aprel 1820) — 1 sutka sonra vəfat etdi.
  • Şahzadə Mehmed (d. 18 fevral 1822 - ö. 23 sentyabr 1822)
  • Şahzadə Əhməd (d. 6 iyul 1822 - ö. 9 aprel 1823)
  • Şahzadə Əbdülməcid (d. 25 aprel 1823 - ö. 25 iyun 1861)
  • Şahzadə Əhməd (d. 5 dekabr 1823 - ö. 1824)
  • Şahzadə Əbdülhəmid (d. 18 fevral 1827 - ö. 15 noyabr 1828) — Fateh məscidindəki Nəqşidil Sultan türbəsində dəfn olunub.
  • Şahzadə Əbdüləziz (d. 8 fevral 1830 - ö. 4 iyun 1876)
  • Şahzadə Nizaməddin (d. 6 dekabr 1835 - ö. 24 fevral 1838) — Pərtəvpiyalə Sultandan doğulub. Fateh məscidindəki Nəqşidil Sultan türbəsində dəfn olunub.

 

Qız uşaqları

  • Fatma Sultan (d. 4 fevral 1809 - ö. 5 avqust 1809) — Pərtəvpiyalə Sultandan doğulub. Nuruosmaniyə məscidində dəfn olunub.
  • Ayşə Sultan (d. 5 iyul 1809 - ö. fevral 1810) — Pərtəvpiyalə Sultandan doğulub. Nuruosmaniyə məscidində dəfn olunub.
  • Fatma Sultan (d. 30 aprel 1810 - ö. 7 may 1825) — Pərtəvpiyalə Sultandan doğulub. Fateh məscidindəki Nəqşidil Sultan türbəsində dəfn olunub.
  • Saliha Sultan (d. 16 iyun 1811 - ö. 19 fevral 1843)
  • Şah Sultan (d. 22 may 1812 - ö. sentyabr 1814) — Aşubican Sultandan doğulub. Nuruosmaniyə məscidində dəfn olunub.
  • Mihrimah Sultan (d. 10 iyun 1812 - ö. 3 iyul 1838) — Hoşyar Sultandan doğulub. Fateh məscidindəki Nəqşidil Sultan türbəsində dəfn olunub.
  • Əminə Sultan (d. 12 avqust 1812 - ö. 28 iyun 1814) — Pərtəvpiyalə Sultandan doğulub. Nuruosmaniyə məscidində dəfn olunub.
  • Şah Sultan (d. 14 oktyabr 1814 - ö. 13 aprel 1817) — Hoşyar Sultandan doğulub. Nuruosmaniyə məscidində dəfn olunub.
  • Əminə Sultan (d. 7 yanvar 1815 - ö. 29 sentyabr 1816) — Pərtəvpiyalə Sultandan doğulub. Yəhya Əfəndi türbəsində dəfn olunub.
  • Zeynəb Sultan (d. 18 aprel 1815 - ö. 8 yanvar 1816) — Hoşyar Sultandan doğulub. Nuruosmaniyə məscidində dəfn olunub.
  • Həmidə Sultan (d. 4 iyul 1818 - ö. 15 fevral 1819) — Nuruosmaniyə məscidində dəfn olunub.
  • Atiyə Sultan (d. 2 yanvar 1824 - ö. 11 avqust 1850)
  • Münirə Sultan (d. 16 oktyabr 1824 - ö. 23 may 1825) — Fateh məscidindəki Nəqşidil Sultan türbəsində dəfn olunub.
  • Xədicə Sultan (d. 6 sentyabr 1825 - ö. 19 dekabr 1842) — Pərviz-fələk Sultandan doğulub. Sultan Mahmud türbəsində dəfn olunub.
  • Adilə Sultan (d. 23 may 1826 - ö. 12 fevral 1899)
  • Fatma Sultan (d. 10 avqust 1828 - ö. 23 oktyabr 1830) — Pərviz-fələk Sultandan doğulub. Fateh məscidindəki Nəqşidil Sultan türbəsində dəfn olunub.
  • Hayriyə Sultan (d. 12 yanvar 1832 - ö. 15 fevral 1833) — Fateh məscidindəki Nəqşidil Sultan türbəsində dəfn olunub.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR