Slimfit
  1. İDMAN

Sulşer və Raşford Premyer Liqada yanvarın ən yaxşıları olublar

Sulşer və Raşford Premyer Liqada yanvarın ən yaxşıları olublar
Sakura

Sulşer və Raşford Premyer Liqada yanvarın ən yaxşıları olublar

İngiltərənin “Mançester Yunayted” futbol klubunun baş məşqçisi Ole Qunnar Sulşer və hücumçusu Markus Raşford Premyer Liqada yanvarın ən yaxşıları olublar.

AZƏRTAC Premyer Liqanın saytına istinadla xəbər verir ki, 45 yaşlı norveçli mütəxəssis səsvermədə həmkarları “Börnli”nin məşqçisi Şon Dayç və “Sauthempton”dan Ralf Hazenyuttlu, 21 yaşlı ingiltərəli hücumçu isə “Mançester Yunayted” müdafiəçisi Viktor Lindelof , “Börnli”nin qapıçısı Tom Heaton, “Bormunt”un hücumçusu Josua Kinq və “Arsenal”ın hücumçusu Aleksandr Lakazeti qabaqlayıb.

Qeyd edək ki, “Mançester Yunayted” yanvarda Premyer Liqada 4 oyunun 3-də qələbə, bir dəfə isə heç-heçə edib. Markus Raşford yanvar ayında keçirdiyi 4 oyunda 3 qol vurub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR