Slimfit
  1. SİYASƏT

"Sülh və ya güc yolu ilə torpaqlarımızı işğaldan azad edəcəyik" - DEPUTAT

"Sülh və ya güc yolu ilə torpaqlarımızı işğaldan azad edəcəyik" - DEPUTAT
Sakura

"Sülh və ya güc yolu ilə torpaqlarımızı işğaldan azad edəcəyik" - DEPUTAT

“Bu gün Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşma, eləcə də demoqrafik strukturu süni şəkildə dəyişdirmək siyasətini həyata keçirir”.

Ens.az xəbər verir ki, bunu KONKRET.az-a açıqlamasında deputat İqbal Məmmədov deyib.

O, Ermənistan dövlətinin işğal olunmuş torpaqlarımızda apardığı məskunlaşma siyasətinin yolverilməz olduğunu bildirib:

“Qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə konvensiyasına əsasən, işğalçı dövlətin öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməsi yolverilməzdir. Təəssüf ki, bu məsələdə də beynəlxalq təşkilatlar və ATƏT-in Minsk Qrupu öz susqunluqlarını qoruyaraq ikili münasibət sərgiləməkdədirlər”.

Milli Məclisin üzvü vurğulayıb ki, Paşinyanın məskunlaşma siyasətinin arxasında ölkəmizə qarşı hazırladığl növbəti təxribat dayanır:

“Ermənistan dövləti illərdir ki, işğalçı, avantürist siyasətini davam etdirməkdədir. Bu gün Ermənistanda çox ciddi demoqrafiq problem var. Çünki erməni əhalisi ölkədəki iqtisadi, siyasi və sosial böhrandan canlarını qurtarmaq üçün başqa məmləkətlərə üz tuturlar. Erməni gəncləri hərbi xidmətdən boyun qaçıraraq xarici ölkələrə qaçırlar. Ona görə də işğal olunmuş ərazilərə Suriya və Livandan köçürülmüş insanlardan silahlı muzdlular kimi istifadə edirlər. Əslində bunu Ermənistanın müharibə hazırlığı kimi də qiymətləndirmək olar. Bilirsiniz ki, iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistanın törətdiyi təcavüz aktı, Goranboy istiqamətində diversiya-sabotaj əməliyyatı cəhdi Ermənistanın növbəti təxribat və hərbi avantürizmə hazırlaşmasından xəbər verir. Onsuz da erməni əhalisi Paşinyandan narazıdır. Çünki o, hakimiyyətə gələn zaman verdiyi heç bir sözü tutmadı. Əksinə, gəldikdən sonra Ermənistanda iqtisadi böhran və sosial vəziyyət daha da ağırlaşdı. Hazırda bu ölkə növbəti dövlət çevrilişinin astanasındadır. Məhz buna görə də həmişə olduğu kimi Paşinyan diqqəti yayındırmaq üçün Dağlıq Qarabağ kartından istifadə edərək güc şousu göstərməyə çalışır. Amma hər dəfə məğlubiyyətə uğrayaraq erməni xalqının qarşısında biabır olur. Paşinyan anlamalıdır ki, problemin həlli işğal olunmuş torpaqlarımızın azad edilməsindən keçir. Çünki Azərbaycan dövləti torpaqlarının işğalı ilə barışmayacaq. Sülh və ya güc yolu ilə torpaqlarımızı işğaldan azad edəcəyik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR