Slimfit
  1. SİYASƏT

"Sülh sazişinin imzalanmasının uzanması Ermənistanın durumunu ağırlaşdırır"

"Sülh sazişinin imzalanmasının uzanması Ermənistanın durumunu ağırlaşdırır"
Sakura

"Sülh sazişinin imzalanmasının uzanması Ermənistanın durumunu ağırlaşdırır"

"Ermənistan höküməti “Qarabağ şərti” olmadan Azərbaycanla sülh sazişi imzalamağa hazırdırsa, niyə bu məsələ uzanır?"

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi barədə açıqlamalarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra Qarabağ yükünü daşımadığına dair açıqlamalar verib, parlamentdə bununla bağlı çıxış edib, ancaq ortada yenə də sülh sazişi yoxdur.

"Çünki Nikol Paşinyan dediklərini etmir, sözü ilə əməli üst-üstə düşmür, müxtəlif dövlətlərin və güc mərkəzlərinin dəstəyinə arxalanaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq sənədə müqavimət göstərir. Ancaq Paşinyan onu da anlayır ki, İran, Rusiya və ya Fransa olsun, həmin güc mərkəzlərindən aldığı dəstək Azərbaycanı durdurmur, sülh sazişinin imzalanmasının uzanması Ermənistanın durumunu ağırlaşdırır. Azərbaycan sərhəddə istehkamlar qurur, strateji yüksəkliklərdə möhkəmlənir, təxribatlara adekvat cavab verir", - deyə E.Şahinoğlu qeyd edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR