Dərc edildi: Baxış sayı: 482
Süleymanini öldürməklə Tramp ümid edirdi ki... - Puşkov
Artıq İraqda ABŞ qüvvələrinin varlığına dözmək istəmirlər.
Axar.az xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov İraq parlamentinin ABŞ qoşunlarının ölkədən çıxarılması ilə bağlı qərarını şərh edərkən deyib.
“Bumeranq effekti: Süleymaninin öldürülməsi ilə Tramp Suriyanın ardınca İraqı da itirməyəcəyinə ümid edirdi, amma əksinə oldu, İraq parlamenti ABŞ-dan ordusunu ölkədən çıxarmağı tələb etdi. Pompeo deyirdi axı, hamı ABŞ-ın xoş gücünü görəcək. Budur, həmin xoş gücü iraqlılar görmək istəmir”, - Puşkov bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət