Slimfit
  1. AVTO VƏ MOTO

Sükan çarxının tarixi və təkamülü haqqında

Sükan çarxının tarixi və təkamülü haqqında
Sakura

Sükan çarxının tarixi və təkamülü haqqında

Sükan çarxı (sükan, sükan çarxı(şturval)) - avtomobili və gəmini müəyyən bir istiqamətdə idarə etmək üçün bir cihazdır.

Sükan bütün müasir yerüstü nəqliyyat vasitələrində, kütləvi istehsal olunan yüngül və ağır yük avtomobilləri də daxil olmaqla bütün avtomobillərdə istifadə olunur. Sükan çarxı - sürücünün birbaşa təsir etdiyi nəzarət sisteminin bir hissəsidir; sistemin qalan hissəsi sürücüyə giriş təsirləri kimi reaksiya verir. 1968-ci ildə Birləşmiş Ştatlarda federal nəqliyyat tənzimləməsinin tətbiqi ilə "Avtomobil təhlükəsizliyi üçün Federal standartlar" ın 114-cü maddəsinə uyğun olaraq, avtomobilin oğurlanmasını çətinləşdirmək üçün sükanın dönmə qapanması tələb olunur; bir çox avtomobillərdə qapanma, açarı işə salma yerindən çıxardıqdan sonra baş verir.

Yeni avtomobillərdə sükana adətən uzaqdan idarə olunan audio nizamlayıcılar yerləşdirilir.

TARİXİ

İlk avtomobillər əl tutacağı idarə olunurdu, lakin 1894-cü ildə Alfred Vaşeron, Paris-Ruan yarışında sükan ilə təchiz olunmuş 4 at gücü olan Panhard modeli ilə iştirak etdi. Bu cür idarəetmə prinsipinindən istifadə olunması ən erkən hesab olunur.

1898-ci ildən etibarən, Panhard və Levassor şirkətinin avtomobilləri standart olaraq sükan çarxı ilə təchiz edilirdi. Çarlz Styuart Rolls, 1898-ci ildə Fransadan 6 at gücündə Panhard idxal edərkən, İngiltərədə sükan ilə təchiz edilmiş ilk avtomobili təqdim etdi. Artur Konstantin Krebs 1898-ci il 7 - 13 iyul tarixlərində keçirilən Paris-Amsterdam yarışında hazırladığı Panhard maşını üçün əl tutacağını sükan çarxı ilə əvəz etdi. 1899-cu ildə Packard şirkəti inşa etdiyi ikinci avtomobildə sükandan istifadə etdi. On illər ərzində sükan çarxı əl tutacağını tam əvəz etdi.

Həmin ildə Tomas Cefri ("Rambler" şirkətinin təsisçisi), ön ötürücülü və sol sükan çarxlı avtomobil qurdu. Beləliklə, ilk dəfə sol tərəfdə sükan çarxını amerikalı Cefri quraşdırdı.

Artıq 1910-cu ilədək, əksər Amerika avtomobilləri sol tərəfdə yerləşdirilmiş sükan ilə istehsal olunurdu.

1910-cu ildə Olivye Lukas tərəfindən icad edilən elektrikli klakson(səs siqnalı) yarandı. Daha sonra, klakson düyməsi ayrı bir halqaya (sükan çarxından əl ayırmamaq üçün) köçürüldü, 60 ildən sonra isə Rim Blow sistemi icad edildi, fərqli cəhəti ondan ibarət idi ki, sükan çarxının istənilən spitsasına toxunanda siqnal işə düşürdü.

İlk tənzimlənən sükan 1927-ci ildə Edvard Lodbell tərəfindən icad edilmişdi, lakin 1963-cü ildə "Cadillac" firması onunla "silahlandı". Bu seçimin mahiyyəti ondan ibarət idi ki, sükan sütununun hərəkətsiz qalmasına baxmayaraq, sükan çarxının mövqeyini xrapovikin(dişli çarx) köməyi ilə 7 mövqedə dəyişə bilərdi. Bir çox Amerika avtomobilində bu tənzimləmə sistemi heç bir dəyişikliyə məruz qalmadan günümüzə qədər qorunub saxlanılmışdır.

Sükanın konstruksiyası, sükan sütunu ilə əlaqə deməkdir, əvvəllər o sərt idi, belə ki sürücünün qəza nəticəsində ciddi zədə alması riski var idi. 1934-cü ildə ilk enerji itirməyən sükan sütunu təqdim edildi, ancaq 1959-cu ildə avtomobilə quraşdırıldı.

1955-ci ildə "Ford Thunderbird"də sükanın dərinliyini 8 sm aralığında dəyişdirilməsinə imkan yaradan teleskopik sükan nizamlayıcısı yarandı. 1961-ci ildən etibarən yeni funksiya yarandı - qatlanan sükan, avtomat sürət qutusunda Parkinq rejimi aktiv olduqda, sükan sütununda sağ tərəfə hərəkət etdirmək mümkün olurdu.

İlk sükan çarxları dörd spitsalı (çarxın mərkəzi ilə kənarlarını birləşdirən konstruktiv elementdir) idi, lakin yüksək titrəmə səviyyəsinə görə bəzi dəyişikliklər edilməli oldu. Tezliklə, bu alətə oxşar "Banco" adlandırılan sükanlar meydana gəldi. Hər bir spitsa yoldan olan titrəməni dəf etmək üçün 4-5 nazik hissələrə bölündü.

1960-cı illərdə sükanların üzərində avtopilot düyməsi görünməyə başladı. 1990-cı illərdə səs sistemi, bort kompüteri, telefon və s. nizamlanmasına cavabdeh olan düymələr yarandı. Bu gün biz bunlar olmadan sükan çarxını təsəvvür edə bilmərik, ancaq hamısı adi əl tutacağından başladı.

"Cadillac" şirkəti də rəqiblərindən geridə qalmadı: 1965-ci ildən etibarən avtomobil teleskopik nizamlanan və meylini dəyişdirmə funksiyalı sükanla təchiz olunmağa başladı.

1968-ci ildə təhlükəsizlik qanununa düzəliş edildi və indi qatlanan sükan sütunlarından istifadə etmək mümkün olmadı, buna görə "Ford" yeniliklərini yalnız 6 il istifadə edə bildi. "Ford" öz tərəfindən sistemlərini dəyişdirməyə çalışdı, amma qaydaların növbəti dəfə sərtləşməsindən sonra tamamilə imtina etdi.

50-60-cı illərdə dərininə hərəkət edən və əyilən sükan çarxı yarandı, əsasən bu Avropa avtomobillərinə quraşdırılır.

1970-ci ildə ilk oğurluq əleyhinə sistem meydana gəldi: açar çıxdığında, sükan kilidlənirdi.

1972-ci ildə "Oldsmobile toronado"da sükanda ilk təhlükəsizlik yastıqları meydana gəldi.

SÜKAN İDARƏEDİLMƏSİ

Bir çox onilliklər ərzində sükan çarxı avtomobilin içərisinə quraşdırılmış adi bir taxta dairədən ibarət idi. Onun köməyi ilə sürücü nəqliyyat vasitəsini idarə edirdi. İlk baxışdan hər şey sadədir, sola və ya sağa çevrirsən və avtomobil itaətlə dönür, amma sükan çarxını çevirmə prosesi xüsusilə yük maşınlarında (xüsusilə avtomobil dayanarsa) çox mürəkkəbdir. Müqavimət qüvvəsi sükanın sərbəst dönməsinə imkan vermir.

Erkən vaxtlarda heç kim sükan üçün avtogücləndirici istehsalına hətta cəhd etmirdi. Amma GW Fitts artıq 1876-cı ildə hidravlik gücləndirici mexanizmi üçün patent aldı. Vakuum sistemi yalnız 1904-cü ildə Frederik Lançester tərəfindən patentləşdirilmişdir, lakin kütləvi istehsal heç vaxt təşkil edilməmişdir.

1920-ci ildə Frensis U.Devis, "Davis' Pierce Arrow roadster"in mühəndisi (ilk hidravlik sükanlı avtomobil), yük avtomobillərinin idarə edilməsini asanlaşdırmağa çalışdı, ancaq bilmədən minik avtomobillər üçün hidrogücləndici istehsal etməyə başladı.

Sonrakı təkmilləşdirmələrdən sonra "Cadillac" şirkəti sükanın hidravlik gücləndirilməsi sistemi ilə maraqlanmağa başladı. 1930 və 40-cı illərdə Frensis U.Devis sükanın hidrogücü üçün patent aldı.

1936-cı ildə "Bendix" korporasiyası U.Devis ilə məhsulunu (hidrogücü) təşviq etmək üçün müqavilə imzaladı. Dörd ildən sonra II Dünya Müharibəsi Devis məhsullarının yayılmasına kömək etdi. 10.000 zirehli "Chevrolet" avtomobili U.Devisin hidrogücləndiriciləri ilə təchiz edilmişdir.

Müharibədən sonra "Chrysler", Devisin nailiyyətlərinə əsaslanan gücləndiricinin öz versiyasını inkişaf etdirməyə başladı. Yeni sistem "Hydraguide" adlandırıldı və son dərəcə uğurlu oldu (1956-cı ilədək, hər dördüncü avtomobil sükan gücləndiricisi ilə təchiz edilmişdir).

Bizim dövrdə həm elektro-hidravlik, həm də elektrik gücləndiricisi ilə təchiz olunmuş avtomobillərə rast gəlmək mümkündür. "Citroen" kimi bəzi şirkətlər öz sistemlərini patentləşdiriblər.

Tərcümə etdi: Avtoklub Azərbaycanın baş administratoru Natiq Nazimoğlu

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR