Slimfit
  1. TEXNOLOGİYA

“Sugar S20” smartfonu 104 dili dəstəkləyən süni intellekt tərcümə funksiyasına malikdir

“Sugar S20” smartfonu 104 dili dəstəkləyən süni intellekt tərcümə funksiyasına malikdir
Sakura

“Sugar S20” smartfonu 104 dili dəstəkləyən süni intellekt tərcümə funksiyasına malikdir

Fransanın “Sugar” şirkəti Pekində keçirilən konfransda süni intellekt tərcümə funksiyası ilə təchiz edilən yeni “S20” smartfonunu təqdim edib.     

ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, qurğu quraşdırılmış texnologiyanın 104 dilin tərcüməsini dəstəkləməsi ilə seçilir.

Məlumata görə, smartfon fotosu çəkilən mətni müəyyənləşdirərək dərhal onu lazımi dilə tərcümə edə bilir. Tərcümənin işə salınması üçün ayrıca fiziki düymə nəzərdə tutulub.

Qiyməti 300 dollar təşkil edən “Sugar S20” modeli 5,99 düym diaqonallı və 2246х1080 piksel təsvir ölçülü ekran, 12 və 16 meqapikselli kamera, “Snapdragon 625” prosessoru, 4 giqabayt operativ və 64 giqabayt quraşdırılmış yaddaş kimi texniki xüsusiyyətlərə malikdir.

Qeyd edək ki, Yer kürəsi əhalisinin 80 faizi 80 dildə danışır.

Nizam Nuriyev 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR