Südə vanil qatsanız… – Yata bilməyənlər oxusun!
İş və ya məktəbə gedərkən bir çoxumuz yuxulu oluruq. Bu isə gecə narahat yatmağın göstəricisidir. Bəs görəsən, bunu necə aradan qaldırmaq olar? Hər halda, aşağıdakı məsləhətlərə əməl etməklə bu problemi aradan qaldıra bilərsiniz.
Ballı süd
Ballı süd yaxşı bir yuxu üçün seçəcəyiniz ilk içki ola bilər.
Bananlı süd
Tərkibində olan maqnezium sayəsində əzələləri rahatladıb, melotonin və serotonin hormonlarının yayılmasını da artırır. Beləliklə, bədən rahatlanar və yuxunuz da daha şirin olar.
Vanilli süd
Süd təbii bir yuxu dərmanıdır. Tərkibində olan kalsium, triptofan birləşmələri daha rahat yuxu yatmağınıza kömək edir. Vanilin rahatladıcı təsiri südlə birləşdikdə daha gözəl nəticə alacaqsınız.
Gilaslı qatıq
Mütəxəssislər yatmazdan qabaq mütləq qatıq yeyilməsini söyləyirlər. Təbii bir sakitləşdirici olan triptofan tərkibinə əsasən qatıq olduqca sağlam bir qidadır. Gilas ilə birləşdiyində isə yaranan melotonin vücudun rahatlanmasını təmin edir.
Mənbə: Gəncailə.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət