Dərc edildi: Baxış sayı: 490
Sudan Misirə birləşdirilən bu əraziləri istədi - Müraciət
Sudan Halayib və Şəlatin bölgələrinin yenidən bu ölkəyə birləşdirilməsi üçün Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edib.
Axar.az xəbər verir ki, beləliklə, Sudan sözügedən ərazinin ölkəsinə birləşdirilməsi ilə bağlı 1958-ci ildə BMT-yə etdiyi müraciəti növbəti dəfə təkrarlayıb.
Qeyd edək ki, Halayib və Şəlatin bölgələri 1956-cı ildən Misirlə Sudan arasındakı münaqişəli ərazidir. “Halayib üçbucağı” adlanan 20.580 km-lik bu ərazi 1990-cı illərdən siyasi və inzibati cəhətdən Misirə bağlıdır.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət