Slimfit
  1. CƏMİYYƏT

Sudan istifadə siqaretdən imtinaya kömək edir

Sudan istifadə siqaretdən imtinaya kömək edir
Sakura

Sudan istifadə siqaretdən imtinaya kömək edir

Sudan istifadə zərərli vərdişlərdən xilas olmağa kömək edir. Su orqanizmdən zərərli maddələri yuyub təmizləməklə yanaşı, siqaret çəkənlərin nikotindən asılılığına məruz qalmasının qarşısını alır.

Ens.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirləri Rusiya İctimai Səhiyyə Assosiasiyasının prezidenti, Moskva Dövlət Tibb Universitetinin professoru Andrey Demin “Sputnik” radiosuna verdiyi müsahibədə söyləyib.

Professor deyib: “Siqaret çəkənin su ilə dolu şüşə qabı əlinə götürməsi onun əlinə başqa əşya götürməsinə imkan verməyəcək. Siqaret çəkmək əlləri məşğul edir, buna görə də bir içim su onu müəyyən dərəcədə əvəz edə bilər”.

O qeyd edib ki, su siqaretdən imtina edəndən sonra meydana gələn baş ağrılarından qurtulmağa da yardım göstərir. “Çox vaxt siqaretdən imtina etdikdən sonra ilk həftələrdə baş ağrılarından şikayətlənirlər, çünki bədəndə nikotin çatışmazlığı yaranır. Əlavə su qəbulu həmin ağrıların öhdəsindən gəlməyə imkan verir”, - deyə professor bildirib.

Suyun siqaretdən imtina edəndən sonra çəki artımı ilə üzləşənlərə də kömək etdiyini vurğulayan Andrey Demin deyib: “Suyun istehlakı orqanizmdə maddələr mübadiləsini sürətləndirir. Həmin vaxt yüksək kalorili qazlı içkilərdən imtina etmək və adi su içmək lazımdır. Bundan başqa, yeməkdən əvvəl su içmək qidanın miqdarını məhdudlaşdıra bilər”.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR