Slimfit
  1. KOSMOS

Süd yolu ( bizim qalaktika) qonşu qalaktika ilə toqquşurmu?

Süd yolu ( bizim qalaktika) qonşu qalaktika ilə toqquşurmu?
Sakura

Süd yolu ( bizim qalaktika) qonşu qalaktika ilə toqquşurmu?

Hələ 1950-ci illərdən məlumdur ki, Qalaktikamız yastı yox, əyri bir disk formasındadır. Üstəlik, şərti olaraq bir tərəfdən - aşağıya və digər tərəfdən - yuxarıya əyilir. Təxminən 70 illik araşdırma zamanı müxtəlif fərziyyələr irəli sürülüb. Onlardan daha çox populyarlıq qazananı isə qalaktikalararası maqnit sahəsinin təsiri və ehtimal ki, qalaktikanı əhatə edən tünd materiyanın haləsinin effektləri ilə olduğu barədədir.

Ancaq fakt faktlığında qalır - deformasiya var, amma onun mövcudluğuna dair inandırıcı bir izahat yoxdur.

Milyardlarla ulduzun yerləşməsinin, istiqamətlərinin və sürətlərinin yüksək dəqiqliklə ölçülməsini həyata keçirən Avropa Kosmik Agentliyinin Qaiya (Gaia) peykindən istifadə olunaraq hərəkət axınının modelləşdirildiyi Süd Yolunun üçölçülü xəritəsi qurulub.

Əldə olunmuş model göstərir ki, qalatika yönünü dəyişir - fırfıra kimi yırğalanır, bu zaman ox bükülərək çevrilir. Maraqlıdır ki, əyilmə Süd Yolunun mərkəzində, əyriliyin yaranmasının səbəbi kimi qalaktikalararası maqnit sahəsini və ya tünd materiyanın haləsini güman edən modellərin göstərdiyindən daha sürətli fırlanır.

Yeni model, belə bir səbəbin, Süd Yolu diski üzərindən bir neçə dəfə keçən başqa bir qalaktika ilə indi də davam edən toqquşma ola biləcəyini və müşahidə etdiyimiz bir növ "yarıq" yaratdığını göstərir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR