Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Süd vəziləri xərçənginin yaranmasına səbəb ola bilən vərdişlər

Süd vəziləri xərçənginin yaranmasına səbəb ola bilən vərdişlər
Sakura

Tibb alimləri süd vəziləri xərçənginin yaranmasına səbəb ola bilən vərdişləri açıqlayıblar

Arzuolunmaz vərdişlərdən biri spirtli içkilərin qəbuludur.

Ens.az xəbər verir ki, tibb alimləri qadınlarda döş xərçəngi riskini artıra biləcək 4 vərdişi təqdim ediblər.

Xüsusilə hava təravətləndirici və dırnaq laklarının tez-tez istifadəsi müəyyən təhlükə daşıyır. Həkimlər fikirlərini The Healthy" dərgisinin xüsusi buraxılışında bildiriblər.

Mütəxəssislərin fikrincə, tibbin inkişafına və son illərdə bir çox xərçəng xəstəliyinin müalicə olunma ehtimalına baxmayaraq, qadınlarda döş xərçəngi geniş yayılmaqda davam edir. Elm adamlarının son araşdırmaları zərif cins nümayəndələrinin ilk növbədə nədən qorunmalı olduqlarını ortaya çıxarıb.

Aydındır ki, bütün qızlar kosmetik vasitələrdən istifadə edir, dəri və üzə qulluq üçün yeni məhsullar almağa çalışır, amma bu birləşmələrin tərkibində dəriyə nüfuz edən və ölümcül prosesə səbəb ola bilən parabens kimi kimyəvi maddələrin olması, risklər yaradır.

Dırnaq lakı da tərkibində formaldehidin adlanan maddənin olmasına görə döş xərçənginin inkişaf ehtimalını artıran risklər daşıyır.

Təhlükəli vərdişlərə hava təravətləndiriciləri və təmizləyici məhsullar da daxildir. Onların təekibində olan xüsusi kimyəvi qatqılar döş xərçəngi ilə birbaşa əlaqəli olan estrogenin bədəndəki təsirlərini artıra bilir.

Arzuolunmaz başqa bir vərdiş isə gündə hətta az miqdarda spirtli içki istifadəsidir. Çünki alkoqol da xərçəng riskini ciddi şəkildə çoxaldır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR