Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Süd vəzi xərçənginə həkimlərdən yaxşı diaqnoz qoya bilir.

Süd vəzi xərçənginə həkimlərdən yaxşı diaqnoz qoya bilir.
Sakura

Süd vəzi xərçənginə həkimlərdən yaxşı diaqnoz qoya bilir.

Süd vəzi xərçəngi diaqnozunun qoyulması ilə bağlı yeni süni intellekt yaradılıb.

e-tibb.az xarici mediaya istinadən xəbər verir ki, yeni yaradılan süni intellektin süd vəzi xərçəngi diaqnozunun qoyulmasında həkimləri üstələdiyi bildirilir.

“Google Health” və London İmperial Kollecinin alimləri təxminən 29 min qadının mamoqrafiya görüntülərini araşdıra bilən süni intellekt yaradıblar.

Nəticələri “Nature” jurnalında dərc olunan araşdırmada yaradılan alqoritmin mammoqramları oxuyarkən xəstənin keçmişini bilmədiyi halda iki həkimin birgə qoyduğu diaqnoz qədər doğru nəticələr əldə etdiyi məlum olub. Eyni zamanda süni intellekt bir həkimin qoyduğu diaqnozdan daha dəqiq diaqnoz qoya bilir.

Bir radioloqla müqayisədə süni intellektin yanlış pozitiv diaqnoz qoyma (mammoqramı yanlış oxumaq) riskinin 1,2 faiz, yanlış neqativ diaqnoz (yəni xərçəngin diqqətdən qaçırılması kimi) qoyma riskinin isə 2, 7 faiz olduğu bildirilir.

Qeyd edək ki, süd vəzi xərçəngi xərçəngin ən geniş yayılan növlərindən biri, qadınlar arasında ən çox rast gəlinən bədxassəli şişdir. Təkcə 2018-ci ildə 600 mindən çox qadınlın bu xəstəlik nəticəsində öldüyü bildirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR