Slimfit
  1. MARAQLI

Süd həqiqətən də sümükləri bərkidirmi?

Süd həqiqətən də sümükləri bərkidirmi?
Sakura

Süd həqiqətən də sümükləri bərkidirmi?

Sümükləri bərkitmək üçün süd içməli olduğumuzu biz hələ kiçik yaşlarda eşidirik.

Süddə bol kalsium var. Kalsium isə sümük yoğunluğu üçün lazım olan minerallardan biri kimi tanınır.

Ancaq çox süd içməklə sümüklərin bərkiməsi arasında əlaqə olduğunu sübut etmək o qədər də asan deyil.

Bunun üçün iki böyük qrupda araşdırma aparıb birinə uzun illər boyu bol miqdarda süd içirtməli, digərinə isə süd görünümlü plasebo içkilər verilməlidir. Ancaq bu, praktik baxımdan çətin təcrübədir.

Ona görə də başqa variantdan istifadə etmək daha doğru hesab edilir: məsələn, minlərlə insandan əvvəllər hansı tezliklə süd içdiklərini soruşmaq, sonrakı 10 ildə nizamlı şəkildə süd içənlərdə daha az sümük qırılması hallarının olub-olmadığını təsbit etmək.

Belə bir araşdırma 1997-ci ildə Amerikanın Harvard Universitetinin mütəxəssisləri tərəfindən aparıb. 10 il ərzində 77 min tibb bacısının süd qəbul qrafikinə və bunun nəticələrinə nəzarət edilib. Məlum olub ki, həftədə bir stəkan süd içənlərlə iki və daha artıq stəkan süd içənlər arasındakı qol və ayaq qırılmaları hallarının sayında ciddi bir fərq yoxdur.

İki illik təsir

Həmin qrupun 330 min kişi arasında apardığı araşdırmada da oxşar nəticələr əldə edilib.

2015-ci ildə bununla bağlı Yeni Zelandiyada 15 fərqli təcrübə həyata keçirilib. Alınan nəticələrin ortaya çıxardığı fakt budur ki, süd içmək də daxil, kalsium ağırlıqlı qidalanmanın sümüklərdəki kalsium artımına təsiri ancaq iki il çəkir.

Bu mineralın bədəndəki miqdarını həm də xüsusi həblər qəbul etməklə çoxaltmaq mümkündür. Ancaq uzun müddət qəbul etmək orqanizm üçün zərərlidir.

Yeni Zelandiyalı mütəxəssislər digər 51 araşdırmanın nəticələrini analiz edərək bu qənaətə gəliblər ki, həblər vasitəsilə qəbul edilən kalsium artımı da ancaq 1-2 il ərzində davam edir.

Kalsium qəbulu yaşla bağlı sümük əriməsini durdurmur, sadəcə sürətini azaldır. Sümüklərdə sınma halları statistikasını analiz edən qrup bu azalmanın həcmcə çox kiçik olduğunu aşkar edib.

Pəhrizimizdə südü fərqli formalarda istifadə edə bilərik.

Eyni göstəricilərin ayrı-ayrı ölkələr üzrə analizi zamanı məlum olub ki, bu ölkələrin hər birində kalsiumun miqdarıyla bağlı fərqli tövsiyələr mövcuddur. Məsələn, ABŞ-da tövsiyə edilən miqdar İngiltərə və Hindistandakından az qala iki dəfə çoxdur.

2014-cü ildə İsveçdə aparılmış araşdırma zamanı isə gündə üç stəkandan artıq süd içməyin sümükləri daha çox möhkəmlətmədiyini, əksinə, bunun orqanizmə zərərli ola biləcəyi aşkar edilib.

Uppsala Universiteti və Karolinska İnstitutunun mütəxəssisləri isə əvvəlcə 1987-ci, sonra da 1997-ci ildə insanlardan hansı tezliklə süd içdiklərini soruşublar.

2010-cu ildəki araşdırma zamanı onlar arasında sümük qırılması və erkən ölüm hallarının daha çox olduğu müəyyən edilib.

Pendir və qatıq daha faydalıdırmı?

Ancaq bu araşdırmada bəzi çatışmazlıqlar da var. İnsanlardan əvvəlki illərdə nə qədər süd içdikəri soruşulmuş, onun fərqli formalarda qəbulu halları nəzərə alınmamışdı.

Üstəlik, bu tip araşdırmalara aid ən böyük problemlərdən biri sözügedən analiz zamanı da öz təsirini göstərmişdi: faktlar arasında, yəni səbəb-nəticə arasında əlaqə varmı?

Bu araşdırmada sual işarəsi yaradan daha bir qənaət qatıq və pendirin sümüklərdə qırılma hallarını azaltması barədədir.

Mütəxəssislər bildirirlər ki, bu nəticələr insanlara qidalanmayla bağlı məsləhətlər vermək üçün yetərli deyil, təkrar araşdırmalara ehtiyac var və qidalanma qaydalarını hal-hazırda mövcud olan məlumatlara əsasən dəyişmək doğru olmaz.

Yəni süd içməyə davam edə bilərsiniz. Qısa müddətə də olsa, süd sümüklər üçün müəyyən qədər faydalı ola bilir.

Ancaq sümükləri möhkəmləndirən digər vasitələrdən də istifadə etmək lazımdır. Məsələn, idmanla məşğul olmaq, düzgün qidalanmaq, bol günəş işığı almaq, qışda D vitamini qəbul etmək.

Xəbərdarlıq: Bu məqalə ümumi məlumatlandırma məqsədilə yazılıb və həkim tövsiyəsi kimi qəbul edilməməlidir. BBC oxucuların bu məqaləyə istinadən özlərinə diaqnoz qoyması hallarına görə məsuliyyət daşımır. Səhhətinizdəki hər hansı problemlə bağlı həkimə müraciət edin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR