Dərc edildi: Baxış sayı: 323
Su qıtlığı getdikcə daha da artacaq - AMEA
Azərbaycanda su qıtlığı getdikcə daha da artacaq.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti İradə Hüseynova TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının Bakıda keçirilən səkkizinci iclasında deyib.
O bildirib ki, su qıtlığı biomüxtəlifliyin qorunmasına öz mənfi təsirini göstərir:
"Hər il artan səhralaşma böyük narahatlıq doğurur. Bunun üçün müvafiq tədbirlər həyata keçirilir. Hesab edirəm ki, aidiyyəti qurumlar su qıtlığı ilə mübarizədə qüvvələrini birləşdirməli, Azərbaycan təbiətinin biomüxtəlifliyinin qorunması üçün çalışmalıdır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət