Slimfit
  1. CƏMİYYƏT

Su: hər damcısında həyat var

Su: hər damcısında həyat var
Sakura

Su: hər damcısında həyat var

Canlıların yaşaması üçün əsas vasitə hesab edilən su həyat mənbəyidir. Yer üzünün 75 faizini təşkil edən suyun yalnız 2,5 faizi təmizdir. İnsan səhhətində baş verən xəstəliklərin 80 faizi təmizlənməmiş suyun qəbulu nəticəsində baş verir.

Həkim-fitoterapevt Ulduz Hüseynova suyun faydalı və mühüm keyfiyyətləri barədə danışarkən AZƏRTAC-a deyib: “Suyun tərkibində müxtəlif üzvi maddələr və az miqdarda radioaktiv şüalar var. Su həm də universal mühitdir. Susuz yaşamaq çətin prosesdir. İnsan yeməksiz 6 həftə dözə bildiyi halda, susuz cəmi 2-3 gün davam gətirə bilər. İnsan orqanizmində oksigendən sonra ikinci yeri tutan su qanın 92, beyinin 72, sümüklərin isə 22 faizini təşkil edir. Su yeganə nemətdir ki, bütün qida maddələri yalnız suda həll olunmuş halda qana və toxumalara keçir”.

O, daha sonra deyib: “Qaynadılmış su ölü su sayılır, çünki mikroelementlərin parçalanması nəticəsində su öz faydasını itirir. Maqnezium duzu ilə zəngin olan su çox faydalıdır. Gecə boyu bədən hüceyrələri yenilənir, özünü bərpa edir. Ona görə də səhər yeməyindən əvvəl bir-iki stəkan su içmək toksiki maddələrdən xilas olmaq, metabolizmi gücləndirmək və xəstəliklərdən qorunmaq üçün ideal vasitədir. Hər səhər acqarına içilən 2 stəkan su dəriyə elastiklik verir, onu gərginlik və qocalmadan qoruyur, orqanların mayeyə olan ehtiyacını ödəyir, toxluq hissi verir. Həyat mənbəyi olan su yağ və enerji yandırmağa da kömək edir. Limfa vəziləri və bağırsaqları infeksiyalardan qoruyur. Qastrit və mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlər üçün su ən yaxşı vasitədir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR