Dərc edildi: Baxış sayı: 250
Su anbarında boğulan Hüseynin atası: “Yeyib-içməyə getmişdilər, çiməcəklərini deməmişdi
“Dünən ad günü idi. Uşaqlarla yeyib-içməyə getmişdi. Çiməcəklərini deməmişdi”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu avqustun 4-də Mingəçevirdə, Kür çayında boğulan Hüseyn Qurbanovun atası Məhərrəm Qurbanov oğlunun dəfn mərasimində deyib.
Atanın sözlərinə görə, gecə saatlarında ona övladının batması xəbərini veriblər: “Beş nəfər olublar. Ancaq oğlumla onun dostu Onur çimib”.
Qeyd edək ki, çayda boğulanlar - H.Qurbanov orta məktəbi bu il bitirib, 16 yaşlı Onur Oruclu isə 11-ci sinif şagirdi idi. Gənclərin hər ikisi Yevlax rayon sakinləridirlər.
Daha ətraflı Baku TV-nin süjetində:
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət