Slimfit
  1. MEDİA

Strateji tərəfdaşlıq əlaqələrimizin növbəti mərhələsidir

Strateji tərəfdaşlıq əlaqələrimizin növbəti mərhələsidir
Sakura

Strateji tərəfdaşlıq əlaqələrimizin növbəti mərhələsidir

Aprelin 20-də  Azərbaycan və Qırğızıstan prezidentləri iki ölkə arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzaladılar. Eyni zamanda iki ölkə arasında Dövlətlərarası Şura təsis edilib. Bütövlükdə 10 vacib sənəd imzalanıb, o cümlədən kənd təsərrüfatı, informasiya texnologiyaları, aviadaşımalar, antiinhisar tənzimlənməsi və əqli mülkiyyətin qorunması sahəsində əməkdaşlığa dair. Yeni sənədlər Azərbaycan və Qırğızıstan arasındakı tərəfdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyəti güdür. Dövlət başçılarının rəsmi görüşündə müzakirə olunan məsələlər və imzalanan sənədlər münasibətlərin sonrakı mərhələdə yüksələn xətlə inkişafına təkan vermiş oldu.

İmzalanmış sənədlər sırasında “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” və “Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum”u xüsusi vurğulamaq lazımdır. Qırğızıstan və Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi dövlətlərarası əlaqələrin növbəti mərhələsidir. Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə olunacaqdır.

Nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylər birləşdirilməlidir. Azərbaycanda yüklərin bütün istiqamətlərə - həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycanın liman infrastrukturunun imkanları Qırğızıstan üçün açıqdır.

Azərbaycanın kommunikasiya xətlərindən istifadə də Qırğızıstan üçün qazanclı ola bilər. Dövlət başçılarının görüşlərində də bu məsələnin əhəmiyyəti vurğulandı. Azərbaycan öz kommunikasiya xətlərindən istifadə üçün Qırğızıstana tam şərait yaradır. İki ölkə arasında potensial olan sahələrdən biri də kənd təsərrüfatıdır. Bu sahədə birgə əməkdaşlığın inkişaf etdirilməsi üçün dövlət başçıları tərəfindən lazımi tapşırıqlar verildi.

Azərbaycan Prezidenti ilə Qırğızıstan Prezidentinin Bakı görüşü Azərbaycan-Qırğızıstan arasında münasibətlərin yeni mərhələsinin başlamasından xəbər verir. Bu səfərdən sonra iki ölkə başçısı arasında aparılmış səmimi müzakirələrdən sonra Qırğızıstan Respublikası ilə Azərbaycan Resoublikası arasında əlaqələr daha da möhkəmlənəcək.

Eyvaz MƏMMƏDOV, 

müəllim

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR