Strateji Elmi Tədqiqatlar Mərkəzinin yeni stendinin sınaq atışları həyata keçirilib
AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin güc strukturları üçün icra etdiyi layihə çərçivəsində birinci mərhələ həyata keçirilib.
Həmən mərhələnin tərkib hissəsini "Müxtəlif növ iri çaplı pulemyotların geri təpmə qüvvəsini ölçən stendin yaradılması" təşkil edib. Yerli mütəxəssislər tərəfindən yaradılan stendi yoxlamaq məqsədilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin əməkdaşlarının iştirakı ilə sınaq atışları həyata keçirilib.
Proses müsbət nəticələr verib və stend öz işçi parametrlərini sınaq müddətində tam qoruyub.
Hazırda növbəti mərhələyə hazırlıq işləri aparılır və yaxın gələcəkdə yeni sınaq atışlarının keçirilməsi nəzərdə tutulur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət