Slimfit
  1. İDMAN

Stolüstü tennis üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

Stolüstü tennis üzrə Azərbaycan çempionatının açılış mərasimi olub
Sakura

Stolüstü tennis üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

Fevralın 4-də Bakıda “Şüa” idman-sağlamlıq kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov bildirib ki, ölkəmizdə idmana dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Beynəlxalq arenalarda Azərbaycan idmançılarının parlaq nailiyyətlərə imza atdıqlarını vurğulayan F.Məmmədov qeyd edib ki, bu sahədə əldə edilən uğurların sayı getdikcə artır. Federasiyanın vitse-prezidenti son vaxtlar stolüstü tennis idmanının inkişafı istiqamətində görülən işlərdən danışıb.

Bu il stolüstü tennisçilərimizin Macarıstanda beynəlxalq turnirdə bir gümüş, bir bürünc, Rusiyada bir qızıl, iki gümüş və bir bürünc medal qazandıqlarını bildirən vitse-prezident növbəti yarışlarda idmançılarımızdan daha yüksək nəticələr gözlədiklərini deyib.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan çempionatı şəxsi və komanda xarakteri daşıyır. Çempionatda Azərbaycanın şəhər və rayonlarından 100-dək idmançı iştirak edir.

Turnirə fevralın 8-də yekun vurulacaq, qaliblərə diplom və mükafatlar təqdim ediləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR