Dərc edildi: Baxış sayı: 480
Stoltenberq İstanbulda: Türkiyə dəstəkləyirik
NATO cənub sərhədlərinin qorunması məsələsində Türkiyəni dəstəkləyir.
Axar.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq İstanbulda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.
“Əməliyyat və İŞİD-lə mübarizə mövzusunda qayğılarımı çatdırdım. NATO üzvlərinin heç biri Türkiyə qədər Yaxın Şərqdən gələn hücumlara məruz qalmadı. İŞİD ortaq düşməndir və hələ də təhlükəlidir. Əldə olunmuş uğurlar təhlükəyə atılmamalıdır. NATO Suriyanın şimalında yoxdur. YPG ilə bağlı NATO-da fikir birliyi yoxdur”, - Stoltenberq bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət