Slimfit
  1. DÜNYA

Stiven Siqal Rusiyada qubernator olmaq istəyir

Stiven Siqal Rusiyada qubernator olmaq istəyir
Sakura

Stiven Siqal Rusiyada qubernator olmaq istəyir

Rusiya vətəndaşlığına sahib olan Hollivud aktyoru Stiven Siqal Primorsk vilayətinin qubernatoru olmaq istəyir. 

Oxu.Az “İnterfaks”a istinadla xəbər verir ki, o, bununla bağlı jurnalistlərə açıqlama verib. 

“Mənim ata tərəfdən ulu babalarım buralıdır. Mən hər dəfə Primorsk diyarını tanımaq, daha çox şey görmək və sizin qubernatorunuz olmaq istərdim”, - o bildirib. 

Aktyorun bəyanatı zalda alqışla qarşılanıb. 

Bu ilin avqustunda Rusiya Xarici İşlər Nazirliyi Stiven Siqalı işə götürüb. O, pulsuz əsaslarla mədəniyyət, incəsənət, elm, təhsil və idman sahəsində layihələrlə məşğul olacaq. Bundan başqa, həmin ay aktyor Rusiyada fərdi sahibkar kimi qeydiyyatdan keçib.

Siqal Rusiya vətəndaşlığını 2016-cı ilin noyabrında alıb. Pasportu ona şəxsən prezident Vladimir Putin təqdim edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR