Dərc edildi: Baxış sayı: 723
Stiven Siqal Rusiya XİN-də vəzifə aldı
Hollivud ulduzu Stiven Siqal Rusiya Xarici İşlər Nazirliyinin Rusiya ilə ABŞ arasında humanitar məsələlər üzrə xüsusi nümayəndəsi təyin edilib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi “Facebook” səhifəsində yazılıb. Bildirilir ki, Siqal həmçinin, təmənnasız “ictimai-siyasi vəzifə”sini də yerinə yetirəcək.
Stiven Siqal açıqlamasında Moskva ilə Vaşinqton arasında münasibətlərin yaxşılaşması üçün əlindən gələni edəcəyini deyib.
Qeyd edək ki, Siqal 2016-cı il noyabrın 3-dən Rusiya vətəndaşlığını qəbul edib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət