Slimfit
  1. İQTİSADİYYAT

Statistika Komitəsi: Karantin dövründə statistik hesabatlar tam və vaxtında toplanılıb

Statistika Komitəsi: Karantin dövründə statistik hesabatlar tam və vaxtında toplanılıb
Sakura

Statistika Komitəsi: Karantin dövründə statistik hesabatlar tam və vaxtında toplanılıb

"Bildiyimiz kimi koronavirus pandemiyası (COVID-19) dünyada olduğu kimi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Məhz hökumətin apardığı araşdırmalar nəticəsində pandemiyanın neqativ təsirinə tam və qismən məruz qalan, həmçinin COVID-19-un təsirinə məruz qalmayan sahələr müəyyən edildi. Beynəlxalq siyasi və maliyyə təşkilatları da bu təsirlərin müəyyən edilməsini və onların aradan qaldırılması üçün Azərbaycan hökumətinin atdığı addımları yüksək qiymətləndiriblər".

Ens.az xəbər verir ki, bunu “Report”a Dövlət Statistika Komitəsinin mətbuat katibi Elməddin Quliyev bildirib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlar hesab edir ki, pandemiya iqtisadiyyatla birbaşa və sıx əlaqəsi olan statistik məlumatların toplanması sahəsinə də təsirsiz ötüşməyib: "Belə ki, məhz bu təsir nəticəsində bir sıra təşkilatlar aylıq göstəricilərinin açıqlanmasına fasilə veriblər.

Azərbaycanda bütün sahələrdə statistik məlumatların toplanmasına cavabdeh qurum Dövlət Statistika Komitəsidir. Hazırda Komitə məlumatların 90%-dən çoxunun toplanmasını elektron formada həyata keçirir.

İlk öncə qeyd etmək istərdim ki, son illər statistika məlumatlarının toplanmasında, emalında və yayılmasında istifadə olunan informasiya texnologiyalarının tətbiqi imkanlarının genişləndirilməsi, respondentlərin yerli statistika orqanlarına gəlmədən hesabat məlumatlarını elektron formada təqdim etmələri üçün Dövlət Statistika Komitəsi tərəfindən görülmüş tədbirlər nəticəsində rəsmi statistika hesabatlarının onlayn rejimdə elektron formada qəbulu 95%-i ötüb".

E.Quliyevin qeyd etdiyinə görə, əvvəlki dövrlərdə olduğu kimi, xüsusi karantin rejimi dövründə də rəsmi statistika hesabatlarının onlayn rejimdə tam və vaxtında toplanaraq yekunlaşdırılması məqsədilə tərəfimizdən zəruri addımlar atılıb, o cümlədən aprel ayında müəssisə və təşkilat rəhbərlərinə, sahibkarlara hesabatlılıqla bağlı xüsusi müraciət olunub: 

"Fürsətdən istifadə edərək hazırkı həssas məqamda yüksək məsuliyyət və intizam nümayiş etdirərək rəsmi statistika hesabatlarını vaxtında təqdim etdiklərinə görə bütün müəssisə və təşkilatlara təşəkkür edirik.

Koronavirus pandemiyasının təsirinin minimuma endirilməsi məqsədilə həyata keçirilən tədbirlərin daha ünvanlı olması, nəticələrin düzgün qiymətləndirilməsi üçün ölkə iqtisadiyyatında baş verən proseslərin vaxtında və davamlı olaraq müşahidə olunması və operativ qərarların qəbul edilməsi məqsədilə statistik informasiya təminatının daha da gücləndirilməsi Dövlət Statistika Komitəsinin daim diqqət mərkəzindədir”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR