Slimfit
  1. İQTİSADİYYAT

STAR zavodu “Urals” neftindən imtina edir

STAR zavodu “Urals” neftindən imtina edir
Sakura

STAR zavodu “Urals” neftindən imtina edir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu Rusiyanın “Urals” markalı neftinin alışını kəskin şəkildə azaldıb.

Report”un “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb daha rentabelli neftin axtarışlarıdır.

Məlumata görə, bu neftin əvəzinə neft emalı zavodu İraq və Norveç neft sortlarını alacaq.

STAR neft emalı zavodunun “Urals”dan imtina etmək qərarı Rusiyanın Qərb limanlarından dəniz nəqliyyatı ilə ixrac edilən neftin kəskin azalması ilə bağlıdır.

“Refinitiv Eikon” hesabatları və treyderlər bildirirlər ki, hazırda neft emalı zavodu keyfiyyət baxımından “Urals” markalı neftə yaxın olan İraqın “Basra” və Norveçin “Johan Sverdrup” markalı neftlərini alır. Bundan başqa, zavod Qazaxıstanın daha yüngül “CPC Blend” neftini də əldə edir.

“Refinitiv Eikon”un məlumatına əsasən, gündəlik olaraq təxminən 210 min barel emal gücünə malik olan STAR zavodu avqust və sentyabr aylarında “Urals” nefti almayıb.

Qeyd edək ki, 2019-cu ildə STAR neft emalı zavodu 6,1 milyon ton “Urals” markalı neft alıb. Bu, Türkiyəni Aralıq dənizin Rusiya dəniz neftini alan əsas idxalçılarından biri edib.

“Refinitiv Eikon”un məlumatına görə, 2020-ci ildə “Urals” neftinin satış həcmləri 1,2 mln tona düşüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR