Dərc edildi: Baxış sayı: 656
“Star Wars” filminin aktyoru vəfat edib
Daha çox “Star Wars” filmindəki rolu ilə tanınan Alan Harris 82 yaşında xərçəng xəstəliyindən vəfat edib.
“Report” “Metro”ya istinadən xəbər verir ki, aktyor ağciyər xərçəngindən dünyasını dəyişib.
Alan Harris gəncliyində model olaraq fəaliyyət göstərib, ancaq sonra o, aktyor karyerasını qurmaq qərarını verib. O, “Star Wars” filminin 3 epizodunda iştirak edib. A.Harris həmin kinoepopeyada Han Solonun düşməni Bosska rolunda olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət