Slimfit
  1. AZƏRBAYCAN

"STAR" NEZ-in siyasi dividentləri - Azərbaycan böyük sərmayəçiyə çevrilir

"STAR" NEZ-in siyasi dividentləri - Azərbaycan böyük sərmayəçiyə çevrilir
Sakura

"STAR" NEZ-in siyasi dividentləri - Azərbaycan böyük sərmayəçiyə çevrilir

Azərbaycan iqtisadiyyatında baş verən keyfiyyət dəyişiklikləri fonunda ən böyük tarixi hadisələrdən biri ötən həftə  yaşandı.

2011-ci ildə Türkiyədə təməli qoyulan SOCAR-ın "STAR" neft emalı zavodunun işə salınması ilə  daha bir meqalayihənin icrası uğurla tamamlandı. 6.3 milyard dollar dəyəri və Türkiyədə son 30 ildə real sektorda ən böyük investisiya layihəsi olan bu zavod Türkiyənin xam neft emalına olan tələbatının 25%-ni ödəyəcək. Dünən açılışı baş tutan "STAR" neft emalı zavodunun iqtisadi mənfəətləri bir yana, Azərbaycanın regiondakı siyasi  nüfzunu biraz daha artırdı. Yeni neft emalı zavodunun işə salınması eyni zamanda hər iki ölkənin həm iqtisadi, həm də siyasi gücünün göstəricisidir.

Azərbaycan bu layihənin icrası ilə 80 milyonluq bir bazara ən böyük investor kimi daxil olan bir gücə çevrildi. 25 il öncə Azərbaycanın belə bir səviyyə gələ biləcəyi təxəyyül belə edilə bilməzdi.

Bu hadisə bir enerji ölkəsi kimi ad çıxaran ölkəmizin sərmayəçi qismində də tanınması, təbliğ olunması, müsbət imic yaratması baxımından da faydalı olacaq.

"STAR" layihəsinin Türkiyənin yerləşdiyi coğrafi mövqe baxımından daha çox divident gətirəcəyi şübhəsizdir. Türkiyənin şərqində dünyada təsdiqlənmiş neft ehtiyatlarının təqribən 75 faizinin olduğu mənbələr yerləşir. Bu enerji qaynaqlarına və neftdən hazırlanan məhsullara ən çox tələbatı olan ölkələr isə Türkiyənin Qərbində yerləşir. "STAR" neft emalı zavodunu xammalla dayanıqlı təhciz etmək məqsədilə SOCAR-ın Rusiya və İraq neftindən də istifadə etmək üçün müvafiq razılaşmaları var. Bu da o deməkdri ki, bu layihə Təkcə Türkiyə və Azərbaycvanı deyil, böyük bir coğrafiyanı əhatə edəcək. "STAR" neft emalı zavodunun açılışı Azərbaycanın regional səviyyədəki bütün məqsədlərinə nail ola biləcəyini göstərdi.

 

Mənbə : ATV.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR