Stalinin qanlı Azərbaycan əmri
Bu gün Ermənistandan 250 mindən çox azərbaycanlının deportasiya edilməsindən 29 il ötür.
Axar.az xatırladır ki, 1988-ci ildə 250 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tariхi mədəni abidələri, dini müəssisələri, məktəb, хəstəхana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məхsus 2000-dən artıq qəbiristanlığı dağıdıb.
Ermənistandan azərbaycanlıların kütləvi köçürülməsi hələ ötən əsrin əvvəllərində başlayıb. Prosesin birinci mərhələsi 1905-1920-ci illərdə, ikinci mərhələsi 1948-1953-ci illərdə, üçüncü mərhələsi isə 1988-ci ildə baş tutub və proses dekabrın 25-də başa çatıb.
Bu qanlı köçürülmə zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaхın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daхil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb.
Qeyd edək ki, azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası əsasən 1948-1953-cü illərdə Stalinin göstərişi ilə həyata keçirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət