Slimfit
  1. MARAQLI

Stalinin ölümündən sonrakı maskası hərracda satıldı

Stalinin ölümündən sonrakı maskası hərracda satıldı
Sakura

1953-cü ildə dünyasını dəyişən Stalinin maskası hərracda satılıb.

Ölkə.Az” xəbər verir ki, maskanı məşhur sovet heykəltaraşı Matvey Manizer hazırlayıb. Maskanın hansı şəraitdə Britaniyaya aparılması məlum deyil.

Hərrac evinin nümayəndəsi Den Ponder deyib ki, naməlum şəxs Stalinin ölümündən sonra hazırlanan maskasını gətirəndə təəccüblənib. O, bunun neçəyə olduğunu soruşub.

Maskanı haradan əldə etdiyi sualına isə onu gətirən şəxs tarixi əşyanı babasının evindəki çardaqdan tapdığını deyib. Onun babası ticarət donanmasında xidmət edib.

“The Canterbury Auction” hərracında maska 17 min dollara satılıb. Hərraca telefonla qoşulan xarici kolleksioner lota ən çox pul verən şəxs olub.

Hikmət Həsənov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR