Slimfit
  1. TARİX

Stalin nə vaxtdan Stalin adlandırılıb?

Stalin nə vaxtdan Stalin adlandırılıb?
Sakura

Stalin nə vaxtdan Stalin adlandırılıb?

Rəhbərlərin ləqəb və təxəllüsləri hər dövrün sevilən mövzusudur.

1913-cü ilin yanvarında Romanovlar sülaləsinin 300 illik yubileyinin keçirilməsinə hazırlığın ən qızğın çağında, İosif Cuqaşvili Vyanada olarkən Sosial-demokratlara ünvanladığı “Sosial-demokratlar və ənənəvi sual” adlı tənqidi məqalə “Maarif” jurnalında nəşr olunmuşdu. Bu məqalə həm də XX əsrin əvvələrində Birləşmiş Yəhudi Fəhlə İttifaqı və Qafqaz separatçılarına ünvanlanmışdı.

Məqalədə qarşı tərəf çox qəddarcasına ittiham olunurdu. Lenin isə hər şeyin məntiqi və kompromissiz sonluqla nəticələnməsini istəyirdi. Lenin ümumiyyətlə, opponentlərin məqaləni diskussiyaya çıxarmaq istəklərinin tam əleyhinə idi. Məqalə ümumilikdə o zamanlar böyük bir ajiotaj yaratmışdı və məqaləni Cuqaşvili soyadı ilə imzalamaq siyasi baxımdan düzgün olmazdı.

O dövrlərdə qafqazlı Koba (İ. Cuqaşvilinin ləqəblərindən biri) Sosial-demokratların nəzərində qaraqabaq, azdanışan idi və zahiri görkəminə görə “dəmir adam” təəssüratı bağışlayırdı. Bu səbəbdən də İ. Cüqaşvili məqaləni başqa bir təxəllüslə imzalamalı idi. O, məqalənin altına Stalyev imzasını atır (“stal” rus dilində “dəmir” deməkdir). Lenin isə bu familiyaya düzəliş edərək, “Stalin” edir. Yəni ki, “biz səninlə siyasi qardaşlarıq” - “Lenin” və “Stalin”...

Besoşvili, Vasili, David, Kato, Koba, Çopur, Soselo və s. - deyilənlərə görə, İosif Cuqaşvilinin 30-a qədər ləqəb və təxəllüsü olmuşdur. Amma bu məqalədən sonra Cuqaşvili birdəfəlik, ömrünün sonunadək - İosif Vissarionoviç Stalin imzasını götürür.

Zaman ötdükcə məlum olmuşdur ki, bu ad camaata mifik bir təsir göstərirdi və bu ad İosif üçün sanki bir sehirli tapıntı idi. Stalinin adı ilə adamlar “xariqələr” yaradır, döyüşə gedir, hətta özlərini ölümün qucağına belə atırdılar. Döyüşə gedərkən əsgər və zabitlər “Vətən uğrunda”, “Stalin uğrunda” deyə vuruşurdular. Hətta məişətdə belə deyim, belə bir tost dillər əzbəri olmuşdur: “İçək Stalinin sağlığına”.

 Bəs nə üçün məhz Stalin? Yəqin ki, bu ad Baş Katib üçün xüsusi bir totemik əhəmiyyət daşıyırdı.

 Stalinin osetin əsilli olması haqqında da söz-söhbətlər dolaşmaqda idi. Onun atası Kaxetiyadan olsa da, əsl-nəcabəti Osatiani knyazlarına gedib çıxırdı (yəni, osetinlərə). Araşdırmalardan belə nəticə hasil olunurdu ki, “Stalinin zahiri görünüşü, əsasən də, enli kürəyi və sinəsi göstərir ki, o, əsl osetindir”.

 

Mənbə: Azens.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR