Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Spirtli içkinin qadınlar üçün ciddi təhlükəsi açıqlandı

Spirtli içkinin qadınlar üçün ciddi təhlükəsi açıqlandı
Sakura

Spirtli içkinin qadınlar üçün ciddi təhlükəsi açıqlandı

Flinders Universitetindən olan avstraliyalı tədqiqatçılar belə nəticəyə gəliblər ki, qadınların əksəriyyəti spirtli içki və döş xərçənginin yaranması arasında əlaqə olduğunu bilmirlər.  “Spirtli içki və süd vəzisi xərçəngi arasında müəyyən edilmiş əlaqə ilə bağlı maarifləndirmə aşağı səviyyədədir”.

Medpress.az xarici mətbuata istinadən xəbər verir ki, bunu araşdırmanın aparıcı müəllifi həkim Emma Miller vurğulayıb. Onun sözlərinə görə, qadınlar arasında keçirilən sorğu göstərib ki, onların əksəriyyəti spirtli içki qəbulunu qısamüddətli risklərlə bağlayır və hesab edirlər ki, kiçik həcmdə alkoqol, ürək və  ümumilikdə orqanizm üçün faydalıdır. Əslində isə alkoqolun hesab edildiyindən daha ciddi fəsadları ola bilər.

Miller qeyd edib ki, bu gün Avstraliyada bütün hallarda süd vəzi xərçəngi olan qadınlarda diaqnozu qoyulan bədxassəli törəmələrin payına 28 faiz düşür.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR