Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Spirtli içkinin hansı dozası xərçəng yarada bilər?

Spirtli içkinin hansı dozası xərçəng yarada bilər?
Sakura

Spirtli içkinin hansı dozası xərçəng yarada bilər?

Sauthempton Universiteti Klinikasının tədqiqatçıları Banqor Universitetindən olan həmkarları ilə birlikdə orta səviyyədə spirtli içki qəbulu ilə xərçəng xəstəliyinin inkişafı riski arasında qarşılıqlı əlaqəni qiymətləndirib. Alimlər araşdırmanı siqaret çəkənlər və çəkməyənlər arasında aparıb.

Bu barədə elmi araşdırmanın nəticələri “MedicalExpress” nəşrində dərc olunub.

Elmi işin müəlliflərinin yazdığına görə, həftə ərzində bir şüşə şərab qəbul edən siqaret çəkməyən insanlarda xərçəngin inkişafı riski - kişilərdə 1%, qadınlarda isə 1,4% təşkil edir. 

Spirtli içki qəbul edən güclü cinsin nümayəndələri daha çox mədə-bağırsaq traktının bədxassəli şişlərindən əziyyət çəkir. Qadınlarda isə daha çox süd vəzi xərçəngi müşahidə olunur (ümumi halların 55%-də).

“Tədqiqatın nəticələrinə görə, bir şüşə şərabın “siqaret ekvivalenti” – kişilər üçün həftəyə beş siqaret, qadınlar üçün həftəyə 10 siqaret təşkil edir”, - deyə alimlər bildirir.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR