Slimfit
  1. GÜNDƏM

Spiker koronavirusdan danışdı

Spiker koronavirusdan danışdı
Sakura

Spiker koronavirusdan danışdı

Dünyada koronavirus tüğyan edir. Azərbaycanda koronavirusla mübarizədə səmərəli fəaliyyət göstərir. Azərbaycanın fəaliyyəti Ümiumdünya Səhiyyə Təşkilatı tərəfindən müsbət qiymətləndirilir.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova deyib.

O, xatırladıb ki, baş nazir tərəfindən dövlət qurumları və yerli icra qurumlarına müvafiq təlimat göndərib:

“Biz fəaliyyətimizi bu təlimat məktubuna uyğun qurmalıyıq. Hesab edirəm ki, bir müddət parlamentin komitə və komissiyalarının iclası təxirə salınmalıdır. Xahiş edirəm təlimat məktubuna baxıb tanış olasınız”.

Spiker əlavə edib ki, hər zaman belə fikirlərə rast gəlinir ki, hər şey prezidentin nəzarəti altındadır, dövlət lazım olan addımları atır:

“Bəli, bu həqiqətdir. Amma hamımız anlamalıyıq ki, bu epidemiya sadə məsələ deyil və sürətlə yayılır. Bu məsələdə hər kəs, bizdə məsuliyyətimizi dərk etməliyik. Hər birimiz üzərimizə düşəni etməliyik”.

Sahibə Qafarova əlavə edib ki, gündəliyə təklif olunan məsələlərin bir hisəssi koronavirsla qarşı mübarizə haqqındadır: “Bu qanunlar tez qəbul edilməlidir ki, koronavirus epidemiyasına qarşı daha səmərəli tədbirlər həyata keçirilsin”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR