Slimfit
  1. AVTO VƏ MOTO

Spidometrdə qırmızı xətlər nə üçündür?

Spidometrdə qırmızı xətlər nə üçündür?
Sakura

Spidometrdə qırmızı xətlər nə üçündür?

Spidometrdə iki və ya üç qırmızı xətt görmüsünüz. Amma çox az adam onun nə üçün olduğu barədə xəbəri belə yoxdur. Sonda bu suala cavab verəcəyik.

Əvvəlcə heç nə olmadığı kimi hər gün avtomobili idarə edirsən və bir çox şeyə fikir vermirsən. Birdən fikir verirsən ki, cihaz panelində müxtəlif qırmızı xətlər var. Bəs görəsən bu nə üçündür???

Qırmızı xətlər spidometrdə 30 və 50 kilometr rəqəmlərin yanında vurulub və onlar həmişə ağ bölmələrin fonunda seçilirlər.Siz artıq təxmin etdiyiniz kimi söhbət sürət rejimindən gedir.

Bəziləri düşünürlər ki, bu rəqəmlər sürücüyə zonanın daxilində sürəti dəyişdirmək tövsiyə edir.Bəziləri hesab edirlər ki,qənaət üçün çəkilib. Amma məsələyə diqqətlə yanaşsaz əmin ola bilərsiniz ki,bu xətlər həm mexaniki həm də avtomatik sürət qutusu olan avtomobillərdə mövcuddur.

Cavab çox sadədir. Əgər Sizin spidometrinizdə bu qırmızı xətlər varsa, onda avtomobil Avropa normalarına hesablanıb.Bu qırmızı xətlər sürücüləri YHQ-na riayət edərək sürət həddini aşmamağa çağırır.

Belə ki,Avropa ölkələrində yaşayış məntəqələrinin hüdudlarında sürət həddi 50 km/saat və əgər yol xüsusi fövqəladə vəziyyətə düşdüyündə 30 km/saat həddi tətbiq olunur.Bu sürücüyə çox rahatdır,yol qaydalarını pozmamaq və cəza almamaq üçün spidometrə baxaraq avtomobilini idarə edir.

Avropalılar uzun müddətir ki, bu qaydalara alışıblar və pozmamağa çalışmışlar, çünki cərimələr burada fantastikdir.

 

Mənbə: Gəncailə.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR