Dərc edildi: Baxış sayı: 494
“Speys X” raketi partladı
“SpeysX” şirkətinə məxsus “Starship Mk1” raketinin ilk tam miqyaslı prototipi Texasın cənubundakı Boka Çika poliqonunda sınaq zamanı partlayıb.
Axar.az xəbər verir ki, partlayış “Starship Mk1” raketinin yanacaq çənlərinin kriogen maye ilə maksimum doldurulduğuna görə baş verib.
“SpeysX” şirkətindən verilən məlumata görə, bu sınağın məqsədi sistemlərdəki təzyiqi maksimuma çatdırmaq idi, buna görə bu nəticə tamamilə gözlənilməz deyildi.
Qeyd olunub ki, sınaq zamanı Mk1 raketi tam yığılmamış vəziyyətdə olub, başlıq hissə hələ də yığım sexindədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət