Dərc edildi: Baxış sayı: 533
“Sparkassen Chess-Meeting”: Teymur Rəcəbov Lenyer Dominqeslə heç-heçə edib
Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə təşkil olunan “Sparkassen Chess-Meeting” beynəlxalq şahmat turnirinin dördüncü turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, dördüncü turda şahmatçımız Teymur Rəcəbov Lenyer Dominqeslə (ABŞ) heç-heçə edib. Dörd turun nəticəsinə görə Teymur Rəcəbovun aktivində 2,5 xal var.
Beşinci turun oyunları iyulun 19-da keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət