Dərc edildi: Baxış sayı: 539
"S&P": Növbəti 3 ildə AMB-nin valyuta ehtiyatları stabil artacaq
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi bu il Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının 5,4% azalaraq 5 922 mln. ABŞ dollarına enəcəyini proqnozlaşdırır.
Ens.az xəbər verir ki, "APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, növbəti 3 ildə AMB-nin valyuta ehtiyatlarında stabil artım müşahidə olunacaq. Belə ki, 2021-ci ildə valyuta ehtiyatlarının 3,7%, 2022-ci ildə 3,1%, 2023-cü ildə isə 3,5% artacağı gözləyir.
Qeyd edək ki, ötən il AMB-nin valyuta ehtiyatları 6 258 mln. dollar, bu ilin iyulun 1-nə isə 6 436,3 mln. dollar təşkil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət