Slimfit
  1. MƏDƏNİYYƏT

“Sozvuçie” portalı növbəti səhifəsini Xalq şairi Rəsul Rza və onun yaradıcı ailəsinə həsr edib

“Sozvuçie” portalı növbəti səhifəsini Xalq şairi Rəsul Rza və onun yaradıcı ailəsinə həsr edib
Sakura

“Sozvuçie” portalı növbəti səhifəsini Xalq şairi Rəsul Rza və onun yaradıcı ailəsinə həsr edib

“Sozvuçie” - Beynəlxalq Ədəbiyyat və Publisistika Humanitar Portalı “Azərbaycan: klassiklər və müasirlər” layihəsi çərçivəsində növbəti səhifəsini Azərbaycan poeziyasında sərbəst şeirin banisi, Xalq şairi Rəsul Rza və onun yaradıcı ailəsinə həsr edib.

AZƏRTAC xəbər verir ki, MDB məkanında, Qərbi və Şərqi Avropada yayımlanan mötəbər humanitar sayt daha bir unikal Azərbaycan ailəsi - klassik sovet poeziyasının görkəmli nümayəndələri Rəsul Rza, onun xanımı Nigar Rəfibəyli, poetik cütlüyün oğlu, Xalq yazıçısı Anar və qızı Günel Anarqızının həyat və yaradıcılığı barədə oxuculara ətraflı məlumat verib.

Təqdimatın girişində qeyd edilir ki, dünyada belə unikal ailələr barmaqla sayılacaq qədər azdır, lakin Azərbaycan bu cəhətdən istisnadır. Bu ölkədə elm, mədəniyyət, ədəbiyyat sahəsində çalışan yaradıcı ailələrdən biri də Xalq şairi Rəsul Rzanın ailəsidir.

Layihə çərçivəsində təqdim olunan səhifədə, həmçinin Rəsul Rzanın məşhur “Rənglər” poemasından bir parça, Nigar Rəfibəylinin “Bu mənəm” qəzəli, Günel Anarqızının “Kaktus” hekayəsi də yer alıb.

Qeyd edək ki, layihənin müəllifi Azərbaycan yazıçısı Kamran Nəzirlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR