Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Soyuq hava xərçəngə səbəb olur

Soyuq hava xərçəngə səbəb olur
Sakura

Soyuq hava xərçəngə səbəb olur

Amerikada aparılan araşdırmaya görə,yağışlı vəsoyuq iqlimə malik ölkələrdə yaşayanlarda, quraqlıq və isti iqlimdə yaşayanlara nisbətən ağciyər,döş,qalın bağırsaq xərçəngi olma təhlükəsi daha da çoxdur.
Medicina.az xəbər verir ki, tədqiqatçılar bildirir ki, bu fərqin nədən qaynaqlandığını tam olaraq bilmək olmasa da,D vitamini əskikliyi və yağışla birlikdə torpaqdakı mineralların dəyişməsi xəstəliyə təsir edir.
Araşdırmaçıların fikrinə görə, xərçəng, hava kirliliyi, kansrogen maddə olan asbesti çox olan torpaqlarda yaşamaq kimi çeşidli ətraf mühit faktorlarla sıx əlaqəlidir.
 
Ancaq son araşdırmalar coğrafi bölgələrdə heç bir xüsusi səbəb olmadan soyuq hava şəraiti və yağış ilə xərçəng arasındakı əlaqəni müəyyənləşdirmək adına çox vacib elmi tapıntıdır.
 
Soyuq hava tiroid xərçəngini artırır
 
Alyaska kimi iqlimin soyuq olduğu bölgələrdə tiroid xərçənginin iki qat daha yüksək olduğunu təyin etdi.
İspaniyada aparılan başqa bir araşdırmada günəş işığı az olan bölgələrdə yaşayanların prostat xərçəngindən daha çox öldüyü məlum olub. Yağışlar torpaqdakı kalsium, maqnezium, kalium kimi qələvi mineralların azalmasına səbəb olur və torpağı daha turşulu edir. Turşulu torpaqda ammonyakı oksidləyən mikroorqanizmlərin sayı artır, beləliklə ammiak nitritlərə çevrilir.
 
Nəticədə yaranan nitritlər kanserogen maddə olan azot turşusuna çevrilir və havaya qarışır.Bundan əlavə, nitritlər su mənbələrinə daxil olur, içməli su və yeməli qida maddələri ilə insan orqanizminə daxil olur və bədəndəki N-nitros birləşmələrinə çevrilərək xərçəngə səbəb olur.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR