Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Soyuğa qarşı allergiya: Bu əlamətlərə diqqət!

Soyuğa qarşı allergiya: Bu əlamətlərə diqqət!
Sakura

Soyuğa qarşı allergiya: Bu əlamətlərə diqqət!

Allergiyanın növlərindən biri də soyuğa qarşı yaranan allergiyadır.

Soyuğa qarşı allergiyanın əlamətləri hansılardır? Allergiyanın olduğunu necə müəyyənləşdirmık olar? 

e-tibb.az xəbər verir ki, Türkiyənin Beynəlxalq Allergiya və Kliniki İmmunologiya Dərnəyinin rəhbəri, professor Bülent Şekerel Anadolu Agentliyinə açıqlamasında deyib ki, bu allergiya ilə bağlı narahatlıqlar qışda özünü daha çox göstərir, ona görə də allergik həssaslığı olanların bu dövrdə diqqətli olmaları vacibdir.

Xalq arasında “soyuq allergiyası” adlandırılan halda dəridə soyuğa məruz qalan zaman şişkinlik, qabar yaranır, qızartı, keyləşmə, qarışqa gəzrimiş kimi hissiyyat, qaşıntı şikatətləri ortaya çıxır. Bu, ən çox əl, ayaqlarda, üzdə yaranır.

Onun sözlərinə görə, soyuq allergiyası təkcə soyuq havada deyil, yayda da yarana bilir. Məsələn, yayda dondurma yeyəndə dildə, dodaqlarda, boğazda şişmə, nəfəs alıb-vermədə çətinlik ortaya çıxır.

Belə şəxslər soyuq hovuza, dənizə girəndə qan təzyiqinin düşməsi, şok, bayılma ilə üzləşə bilər, hətta ölüm halları da yaranar.

Professor, soyuğa qarşı allergiyanın olub-olmadığını bilmək üçün test etməyin mümkün olduğunu deyib.  Belə ki, dəriyə bir parça buz qoymaqla bunu yoxlamaq olar. Buzu dəridə 5-10 dəqiqə saxlamaq, bu müddətdə həmin hissədə dəyişikliyin olub-olmadığına diqqət etmək lazımdır. Əgər dəridə qızarma, qabarma ortaya çıxsa, bu zaman soyuq allergiyasından şübhələnmək olar.

Mütəxəssis bildirib ki, bu allergiya ilə mübarizə aparmağın ən yaxşı yolu soyuq havadan qoprumaqdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR