Slimfit
  1. QADINLAR ÜÇÜN

Soyuducunuzdakı ən kalorili məhsullar: top 10

Soyuducunuzdakı ən kalorili məhsullar: top 10
Sakura

Özünüzü dəyərli qida maddələrindən məhrum etməmək üçün hansı məhsulu daha çox , hansını isə daha az yemək lazım olduğunu bilməlisiniz

 

Kalori bizim orqanizmimiz üçün yanacaqdır. Gündəlik fəaliyyət üçün lazım olan enerjini təmin edirlər. Bəzi məhsullar kilokalorilərin miqdarına görə rekordçudur. Onlardan bəziləri çox zərərlidir, amma digərlər mütləq qida rasionunuzda olmalıdır.

Balanslaşdırılmış qidalanma bədəni yalnız enerji ilə deyil, sümük və əzələ toxuması üçün vacib olan "tikinti materialları" ilə də təmin edir. Belə olan halda həddən artıq kalori bolluğu çox da faydalı deyil. Bu artıq çəki və əhvalın pisləşməsinə gətirib çıxarır. Özünüzü dəyərli qida maddələrindən məhrum etməmək üçün hansı məhsulu daha çox , hansını isə daha az yemək lazım olduğunu bilməlisiniz. Ens.az saytı hər soyuducuda yer alan ən çox kalorili 10 qidanı sıralayıb.

 

10. Avokado, 160 kkal / 100 q

Bu qidalı eqzotik meyvə 20-dən çox faydalı maddədən ibarətdir. Tərkibində zülallar, yağlar, minerallar və vitaminlər var. Meyvələrdə karbohidratlar azdır. Buna görə avokado çox doyumludur və gündəlik istehlak üçün uygundur.

 

9. Parmezan, 420 kkal / 100 q

Ən yüksək kalorili pendir növü kimi həm dəyərli , həm də zərərli komponentlərdən ibarətdir. İlk növbədə, bunlar bədənin ehtiyac duyduğu yağlar və zülallardır. Sağlamlıq üçün kalsium, sink, fosfor, riboflavin, A və B-12 vitaminləri də lazımdır. Ancaq natrium orqanizm üçün çox da faydalı deyil. Laktoza, süd şəkəri allergik reaksiyaların ümumi səbəbidir. Ən yaxşı parmezan pasterizə edilməmiş süddən hazırlanır. Ölçülü qaydada istifadə etsəniz, ziyanı olmaz.

 

8. Bekon, 541 kkal / 100 q

Yüksək kalorili qida məhsulu olaraq heç də faydalı deyil. Doymuş piy və natrium yüksəkdir, qan təzyiqi üçün pis ola bilər. Qızardılmış bekondan imtina etmək də lazım deyil. Ancaq sui-istifadə etmək olmaz , həddi bilmək vacibdir.

 

7. Balıq  qaraciyəri, 574 kkal / 100 q

Omega-3 bədən üçün zəruri yağ turşularıdır. Atlantik balığının qaraciyərində çoxlu omega-3 var, bunun hesabına məhsul iltihab əleyhinə əla təsir göstərir. Balıq qaraciyəri mədə-bağırsaq yolunun işini yaxşılaşdırır, tez həzm olunur və udulur. Onkoloji və ürək-damar xəstəliklərinin, artritin qarşısını alır; xolesterol səviyyəsini normallaşdırır və beyin fəaliyyətinə yaxşı təsir göstərir.

 

6. Tünd şokolad, 604 kkal / 100 q

70-80% şokolad-da  bir çox qidalı maddələr var. Şokoladın hazırlandığı kakao-boblar sağlamlıq üçün çox faydalıdır. Tərkibində liflər, minerallar, dəmir və maqnezium, antioksidanlar var. Rafinə edilmiş şəkər məhsulun faydalarını azalda bilər. Buna görə də desertə hindistan qozu şəkəri ilə üstünlük vermək daha yaxşıdır. Həddindən artıq yeməmisinizsə, sağlamlığınızı yaxşılaşdırmağa həqiqətən kömək edir. Tünd şokolad ürək və damar xəstəlikləri riskini azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır.

 

5. Mayonez, 680 kkal / 100 q

Evdə hazırlanmış mayonezin tərkibini hələ ki, təbii adlandırmaq olar (yumurta sarısı, limon suyu və bitki yağı). Mağazadakı mayonezlərin tərkibində çox miqdarda şəkər, duz, konservantlar, emulsifikatorlar və aromatizatorlar var. Mayonez, transyağlar ilə zəngin olan, sağlamlığa zərərli qidalardan biridir. Əlavə qatqılarla artırılan dad, bu sağlam olmayan qidanı çox yeməyə məcbur edir. Mayonezin ən aşkar mənfi cəhəti - tez bir zamanda çəki artırmağıdır. O, eyni zamanda bağırsağın mikroflorasını da poza bilər. Buna görə sousu çox miqdarda istehlak etmək tövsiyə edilmir.

 

4. Kərə yağı, 717 kkal / 100 q

Təbii kərə yağının kalori miqdarı bitki yağı ilə müqayisədə bir qədər aşağıdır. Ancaq yenə də olduqca yüksəkdir. Üstəlik, məhsul faydalı mikroelementlərlə zəngindir. Bunların arasında tələb olunan minimum vitaminlər: A, B, C, D, E və K, həmçinin vitaminlərin yaxşı mənimsənilməsinə kömək edən omega-3 və omega-6 yağ turşuları var. Məhsul kifayət qədər enerji verir, sinir sisteminin, mədə, ürək və qan damarlarının vəziyyətini yaxşılaşdırır. Əhval-ruhiyyəni yaxşılaşdırır və göbələk infeksiyasının patogenlərinə qarşı mübarizə aparır. Bununla belə, yağ qızartmaq üçün əlverişli deyil və həddindən artıq istifadə edilməməlidir. Gündəlik 10-30 qramlıq istehlak kifayətdir.

 

3. Makadamiya qozu, 718 kkal / 100 q

 

Bütün qoz növləri əla xüsusiyyətlərə malikdir. Lakin bu çeşid mikroelementlər, bitki birləşmələri, sağlam yağlar, antioksidanlar, vitaminlər və minerallar baxımından hamısından üstündür. Bundan əlavə, praktik olaraq onun tərkibində karbohidratlar və saxaridlər yoxdur. Və lazım olduğu qədər lif var. Makadamiya, əla dadı ilə yanaşı bədənə faydalı təsiri ilə də məşhurdur. Qoz həzm sisteminin və ürəyin işini yaxşılaşdırır, sərbəst radikallarla mübarizə aparır, arıqlamağa və qan şəkərini nəzarətdə saxlamağa kömək edir. Həm də şəkərli diabet, Altzheymer və ürək-damar xəstəlikləri də daxil olmaqla ciddi xəstəliklərin profilaktikasını təmin edir.

 

2. Piy, 797 kkal / 100 q

İmmunitet sisteminə müsbət təsir göstərir, infeksiyaya qarşı mübarizədə köməklik edir. Bu təsir tərkibindəki vitaminlər, minerallar və yağ turşuları hesabına baş verir. Ancaq həddindən artıq yemək düzgün deyil. Bu, ən çox da hisə verilmiş piy üçün keçərlidir. Bu zaman təhlükəli kanserogenlər toplanır.

1. Hindistanqozu yağı, 884 kkal / 100 q

Hindistanqozu yağı - ən yüksək kalorili məhsul sayılır. Onu heç də təsadüfən günümüzdə dəbdə olan sözlə - "superfud" adlandırmırlar. Bu, onun unikal tərkibə malik olması və maksimum fayda təmin etməsi deməkdir. Yağda olan yağ turşuları beyinə və ürəyə müsbət təsir göstərir. Onların piyin əridilməsinə imkan yaratmaları da maraqlıdır. Turşular bədəndəki piy əritmə proseslərini aktivləşdirir, dərhal istənilən kalorini enerjiyə çevirirlər. Hindistanqozu yağı tələb olunan yüksək sıxlıqlı "yaxşı" xolesterin səviyyəsini təmin edir. Və bu ürək və damar xəstəliklərinin qarşısını almaq üçün ən vacib şərtdir.

Yeməyin faydaları kalori miqdarına görə deyil, qida maddələrinin balansına görə müəyyən edilir. Bir porsiya qoz ilə çipsi eyni enerji dəyərinə malikdir. Ancaq birincisi çox faydalıdır, ikincisi isə sadəcə lazımsız kaloridir. Buna görə, aşağı rəqəmlər arxasınca qaçmayın. Qidanın tərkibinə diqqət yetirin.

Mənbə: www.menslife.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR