Slimfit
  1. DÜNYA

Soylunun istefa qərarı Türkiyəni niyə silkələdi? – Türk ekspert

Soylunun istefa qərarı Türkiyəni niyə silkələdi? – Türk ekspert
Sakura

Soylunun istefa qərarı Türkiyəni niyə silkələdi? – Türk ekspert

Süleyman Soylunun istefasını Türkiyədə koronavirusla bağlı vətəndaşların küçəyə çıxma qadağasının sona çatmasına təxminən 2 saat qalmış elan etməsi cəmiyyətdə böyük reaksiya doğurdu.

Bu sözləri Axar.az-a açıqlamasında “Kafkassam”ın Amerika araşdırmaları və terrorla mübarizə üzrə mütəxəssisi Əmrah Qaya Türkiyə Daxili İşlər nazirinin istefa qərarı haqda danışarkən deyib. Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın istefanı qəbul etməməsi səbəbilə Soylu nazir vəzifəsini davam etdirəcək:

“Soylunun istefa qərarıyla ilə bağlı bir sıra rəylər var. Bəziləri bu istefa qərarına üzüldü - bu şəxslərin əksəriyyətini polislər, təhlükəsizlik sektorlarında çalışan insanlardır. Çünki Süleyman Soylu terrorla mübarizə mövzusunda Türkiyənin ən önəmli fiqurlarından biridir. Buna görə də cəmiyyətin böyük bir hissəsi nazirin istefa verməsini dəstəkləmədi. Soylunun istefasının qəbul olunmamasını istəyən insanlar çoxdur, hətta onlar sosial mediada bununla bağlı kampaniya da başlatdılar”.

Ə.Qaya bildirib ki, Süleyman Soylunun istefasını labüd edən ciddi bir səbəb də görmür:

“Amma bəzi FETO-çular Tvitter hesablarından bu məsələylə bağlı paylaşımlar etmişdilər. Bir neçə ay öncə FETO-çular Süleyman Soylunun vəzifəsindən uzaqlaşdırılacağı ilə bağlı paylaşımlar edirdilər. İndi onlar yenidən gündəmə gəldilər. Eyni zamanda bu istefaya PKK-çılar da sevindi. Lakin qeyd etdiyim ki, böyük bir kütlə bu istefaya qarşı çıxdı”.

Ekspert bütün bu baş verənlərin bir oyun olduğunu iddia edən insanlar haqda da danışıb:

“Cənab Prezident Ərdoğanın bu istefanı qəbul etməməsindən sonra bütün baş verənlərin əvvəlcədən düşünülmüş bir oyun olduğunu iddia edən şəxslər ortaya çıxdı. Onlar Süleyman Soylunun Ərdoğandan izn almadan istefa verə biləcəyinə inanmır. Burdan yola çıxaraq onlar Soylunun Prezidentlə birgə bir oyun qurduğunu iddia edir. Amma gəlin təsəvvür edək ki, Ərdoğan Soylunun istefasını qəbul edərdi. Belə olduğu halda Soylunun nümayiş etdirdiyi terrorla mübarizəni ortaya qoyan başqa bir Daxili İşlər nazirinə ehtiyac yaranacaqdı. Koronavirusla bağlı küçəyə çıxmaq qadağası artıq aradan qaldırıldı, amma bir müddət sonra bu qadağa yenidən gündəmə gələ bilər. Əgər bu baş verərsə, qadağa iki gün deyil, daha uzunmüddətli olacaq”.

Ekspert bildirib ki, Soylunun istefasına müxalifətin reaksiyasına da baxmaq lazımdır:

“PKK və ya FETO-çu deyil, “vətənsevər” olub da AKP-çi olmayanlar da Soylunun istefasını müsbət qarşıladılar. Bununla yanaşı, nazirin postuna geri dönməsi müxalifətin əlinə “kozır” verdi. Görək sabah nə olacaq. Çünki bazar ertəsi bu mövzuyla bağlı daha dəqiq açıqlamalar səsləndiriləcək. Dünyada baş verən bu karantin rejimi və iqtisadi çətinlikıər fonunda nazirin istefasını düzgün qiymətləndirməyən insanlar var”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR