Dərc edildi: Baxış sayı: 436
Soyludan xəbərdarlıq: Zəlzələ ilə bağlı bunu edənlər...
Türkiyənin zəlzələ mövzusunda işlərini müzakirə etmək bu çətin vaxtımızda insanlıqdan kənar bir davranışdır.
Axar.az xəbər verir ki, bu sözləri zəlzələ bölgəsində olan Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib.
O, sosial şəbəkələrdə panika yaradanlara xəbərdarlıq edib:
“Başqa yerdə olan zəlzələ fotolarını sosial şəbəkədə paylaşaraq, panika yaratmaq istəyənlər haqda ciddi araşdırma aparacağıq”.
S.Soylu hər kəsi məsuliyyətli davranmağa çağırıb.
Qeyd edək ki, Elazığda baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində bu dəqiqəyə olan məlumata görə 18 nəfər ölüb, 553 nəfər yaralanıb, 30 nəfər isə itkin düşüb.
Yaralılardan 5-nin vəziyyəti çox ağır qiymətləndirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət