Dərc edildi: Baxış sayı: 721
Soylu: Bunun milyonda birini biz etsəydik…
Yunanıstan beynəlxalq hüquq normalarını çeynəyərək insan haqlarını pozur. Çünki Avropa yunanları əzizləyir.
Axar.az xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər nazir Süleyman Soylu yunan əsgərlərinin miqrantlara atəş açmasına etiraz bildirərkən deyib.
“Bunların milyonda bir hissəsini Türkiyə eləsəydi, həm Avropa, həm də Avropanın ölkəmizdəki nümayəndələri ayağa qalxmışdı”, - nazir bildirib.
Qeyd edək ki, bu gün yunan əsgərlərinin açdığı atəş nəticəsində 1 miqrant ölüb, 5-i isə yaralanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət