Slimfit
  1. AZƏRBAYCAN

Soydaşımızın adı bu ölkənin təqviminə salındı

Soydaşımızın adı bu ölkənin təqviminə salındı
Sakura

Soydaşımızın adı bu ölkənin təqviminə salındı

Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Kəmalə Hüseynovanın fotosu “Mənim yeni danimarkalı rəfiqəm” layihəsi çərçivəsində Danimarkanın 2019-ci ilin təqviminə salınıb.

Axar.az xəbər verir ki, layihənin təşkilatçısı və ideyası Dünya Qadınlar Cəmiyyətinin rəhbəri Alma Andersendir.

Kəmalə Hüseynova bu layihə haqqında ətraflı məlumat verib:

“Kopenhagendə fəaliyyət göstərən Dünya Qadınlar Cəmiyyətinin üzvüyəm. Bu cəmiyyətin xətti ilə çox tədbirlərimiz olur. Cəmiyyətə üzv olan qadınlar fərqli ölkələrdəndir. Təbii ki, danimarkalı qadınlar da çoxdur. Bu da bizə öz ölkəmizi təmsil etməyə, mədəniyyət və tariximizi başqa Avropa ölkələrinin nümayəndələrinə, o cümlədən danimarkalılara tanıtmağa imkan yaradır. Həmçinin Novruz bayramı, danimarkalıların milil bayramları təşkil edilir. Öz adət-ənənələrimizdən danışır, musiqimizi və rəqslərimizi ifa edir. milli mətbəximizdən nümunələr təqdim edirik. Bu isə yeni bir layihənin təklif almasına səbəb oldu.

İçimizdən 12 nəfər müxtəlif ölkələrdən olan qadınlar seçildi. Hər kəs özünün danimarkalı rəfiqəsini layihəyə daxil etdi. Mən də layihəyə Anna Katrina Tove Brix adlı rəfiqəmi dəvət etmişdim. O, musiqiçi və aktrisadır. İkimiz də çox emosional olduğumuz üçün dostluğumuz yarandı.

Danimarkalı jurnalist Hanne Svendborq bizimlə ayrı-ayır görüşlər keçirib, dostluq tarixçəmizi yazdı. Ayrı-ayrılıqda iş yerimizə gəlib müşahidələr aparır, evdə görüşərək ev həyatımızı izləyirdi. Sonra gördüklərini qələmə alırdı. O, iki fərqli mədəniyyətləri olan ölkə qadınları haqqında kiçik hekayələr qələmə alırdı. Professional fotoqraf Daniel Tuladhar fotolar çəkirdi. Axırda ortaya belə bir maraqlı lahiyə çıxdı”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR