Slimfit
  1. AZƏRBAYCAN

Soyadlarımız niyə məcburi dəyişdirilməlidir? - Deputat açıqladı

Soyadlarımız niyə məcburi dəyişdirilməlidir? - Deputat açıqladı
Sakura

Soyadlarımız niyə məcburi dəyişdirilməlidir? - Deputat açıqladı

Biz başqa millətlər kimi dünyada öz soyadlarımızla da tanınmalıyıq. Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Fərəc Quliyev parlamentin plenar iclasında yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi zaman soyadların məcburi dəyişdirilməsi barədə söylədiyi fikirlərə aydınlıq gətirərkən deyib.

Əvvələ qayıdırıq

Onun sözlərinə görə, məsələ ilə bağlı düşüncəsinin əsasında millətimizin, həmçinin bu yolla da dünyada tanınması olub: "Bir çox milləti onun nümayəndələrinin soyadlarından tanıyırıq. Biz niyə bunu etməyək? Biz soyadların milli sonluqla qurtarılması barədə qərar qəbul etməklə nəysə dəyişmirik, əslində əvvələ qayıdırıq. 30-cu illərdə soyadlarımızı zorla dəyişdirdilər. İndi nə Stalin var, nə də 37-ci illər deyil. Yəni biz yeni bir şey axtarmırıq, ədalətli olana qayıtmaq istəyirik. İmperiyanın qalıqlarından qurtulmaq üçün məsələlərdən biridir. Keçmişdəki bu mənasız və əhəmiyyətsiz soyad dəyişikliyindən qurtulmaq lazımdır".

Soyadlar hansı sonluqla qurtarmalıdır?

Deputat soyadların hansı sonluqlarla qurtmarması ilə bağlı məsələyə gəlincə, xatırladıb ki, bununla əlaqədar keçmiş müzakirələrdə təkliflər irəli sürülüb: "Soyadlara müəyyən şəkilçilərin, məsələn, -lı, -li, -lu, -lü, -soy şəkilçilərin artırılması ilə bağlı fikirlər var".

Oqtay Əsədovun iradına cavab

F. Quliyev iclas zamanı Milli Məclisin spikeri Oqtay Əsədovun ona irad tutaraq özünün soyadını niyə dəyişdirməməsi sualına da münasibət bildirib: "Mən artıq 1998-cu ildən çap olunmuş kitablarımda Ulusoy soyadından istifadə etmişəm. Lakin həmin dövrdə Ulusoy soyadını rəsmiləşdirə bilmədiyimə görə sonra bu məsələ qaldı".

Vətəndaş özü təklif etməlidir, əks təqdirdə...

O qeyd edib ki, indi isə yeni nəsil şəxsiyyət vəsiqələri verilərkən orada yeni, milli sonluqlarla qurtaran soyadların təsbit olunmasına imkan var: "Mənim dediyim tamam başqa məsələdir. Biz soyadların dəyişdirilməsində kütləviliyi təmin etmək üçün məsələyə bir az məcburi xarakter verməliyik. Fikrimə dəstək verən də oldu, verməyən də. Bildirdim ki, yeni nəsil şəxsiyyət vəsiqələri veriləndə hər bir müraciət edən adamın özü milli sonluqlu soyadı ilə bağlı təklif verməlidir. Əgər təklif verməzsə, müvafiq icra hakimiyyəti bir milli sonluqlu soyad təklif edə və onu yeni nəsil şəxsiyyət vəsiqəsində yaza bilər. Bunu etməsək, soyadların dəyişdirilməsi məsələsi tənbəllik və müxtəlif səbəblərdən həll olunmayacaq".

Soyadların məcburi dəyişdirilməsinə niyə etiraz edirlər?

Millət vəkili diqqətə çatdırıb ki, soyadların məcburi dəyişdirilməsi məsələsinə müxtəlif səbəblərdən etiraz edirlər "İnsanlar vətənpərvər deyillər deyə etiraz etmirlər. Bəziləri nəsil şəcərəsinə, digərləri bürokratik əngəllərə, bir qismi tənbəlliyə və s. səbəblərə görə soyadlarını dəyişdirmək istəmirlər. Amma bu stereotip qırılmalı və öz həllini tapmalıdır".

Azərbaycan dilini şikəst edənə daha müasir adam kimi baxırlar

F. Quliyev əlavə edib ki, milli sonluqlu soyadlarla bağlı qanuni mexanizm və təbliğat zəifdir: "Bəzi millətlər öz doğma dillərində çox səlis və yaxşı danışdıqlarına görə fəxr edirlər: "Bu cür danışanları barmaqla göstərirlər və misal çəkirlər ki, filankəs öz dilində səlis danışa bilir. Bizdə isə daha çox ağız-burnunu əyə-əyə, əcnəbi dilləri də qataraq Azərbaycan dilini şikəst edənə daha müasir adam kimi baxırlar. Xarici dilləri bilmək çox gözəl şeydir. Ancaq öz dilini çox gözəl bilmək və işlətmək çox vacib məsələdir. Azərbaycanda 300-dən çox rus dilində tədris verən məktəb var. Bu, lazım deyil. Rusiyada 3 milyona qədər azərbaycanlı yaşayır, amma orada Azərbaycan məktəbi yoxdur, "bazar günü" məktəbləri mövcuddur. Ruslar da burada Azərbaycan dilində təhsil verən məktəblərdə oxuya bilərlər. Biz dilimizə hörmətlə yanaşmalıyıq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR