Dərc edildi: Baxış sayı: 672
“Sovetski” sakinlərinin gecə qazını, suyunu, işığını kəsdilər – “Soyuqdan donuruq”
Bakının Yasamal rayonu, “Sovetski” adlanan ərazisində 14 ailəyə məxsus evlərə verilən qaz, su və elektrik enerjisi dayandırılıb.
Pravda.az-ın xəbərinə görə, sakinlərin də buna etiraz olaraq küçəyə çıxıb, tonqal qalayıblar.
“Bizdən evləri tərk etməyimizi istəyirlər. Onların verdikləri məbləğlə razı deyilik. Çünki bazar qiyməti nəzərə alınmır. Bizə evin hər kvadratmetrinə 1 500 AZN təklif edilir. Biz bu vəsaitlə mənzil ala bilmərik. Razılaşmadığımız üçün də evlərimizi tərk etmirik. Onlar da qazı, suyu, işığı kəsiblər, soyuqdan donuruq. Biz mübarizəmizi sonadək davam etdirəcəyik”- sakinlər bildiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət