Slimfit
  1. MARAQLI

Sovet milyonçuları: hansı ulduzlar Sovet dövründə böyük sərvət əldə etmişdi

Sovet milyonçuları: hansı ulduzlar  Sovet dövründə böyük sərvət əldə etmişdi
Sakura

Varlı adamlar az deyildi, ilk növbədə sənət adamları içərisində.

Adi sovet qulluqçusunun orta maaşı 100−150 rubl təşkil edirdi. "Hamı bərabərdir" kimi yüksək şüarlara baxmayaraq, "bərabərlik və qardaşlıq" ölkəsində, sovet cəmiyyətində təbəqələşmə həmişə olub.

Lyudmila Zıkina

Zıkina hər kəs tərəfindən tanınan və sevilən sima olmaqla yanaşı, həm də inanılmaz dərəcədə zəhmətkeş idi. Ömrü boyu konsertlərlə çıxış etdi, dünyanın 62 ölkəsini gəzdi və onun plastinkalarının tirajı 6 milyondan çox nüsxə təşkil etdi. Məşhur müğənninin ağlasığmaz sərvətə sahib olması təəccüblü deyil. 2012-ci ildə məşhur müğənni Lyudmila Zıkinaya məxsus bir zərgərlik kolleksiyası 31 milyon rubla satıldı, lakin bu hələ onun yalnız kiçik bir hissəsi idi. Bəzi zərgərlik əşyalarının Zıkina - Leonid Brejnev, Kim İr Sen tərəfindən ona hədiyyə olunuduğuna dair söhbətlər gəzirdi. Qiymətləndirmələrdən birinə görə, kolleksiyanın dəyəri o dövrdə 163 milyon rubla bərabər idi, lakin zərgərlik əşyalarının əksəriyyəti harayasa yoxa çıxdı. Zıkinanın ölümündən sonra qiymətli əşyaların itməsi ilə bağlı cinayət işi açıldı, lakin 2016-cı ildə gözlənilmədən bağlandı və zərgərlik əşyaları  tapılmadı.

Lidya Ruslanova

Aqfya Leykina - dörd yaşında yetim qalan kənd qızı yalvarır, dilənçilik edirdi. Və sonra bənzərsiz səsi və istedadı sayəsində heç bir təhsil almadan Konservatoriyaya girməyi bacardı, Moskvanı fəth etdi və Sovet İttifaqının əsas müğənnisi oldu.

O ölkənin ən yüksək maaşlı artisti idi və bütün pulunu qiymətli şeylərə və incəsənət əsərlərinə qoyurdu. 

“Brilyantlarını büstqalterində gizlədib özü ilə gəzdirirdi. Bir dəfə administrator ona dedi: “Lidiya Andreyevna, seyfi yumağın vaxtıdı” bəstəkar Lyudmila Lyadova bir televiziya müsahibəsində danışmışdı.

Ruslanovanın saysız-hesabsız sərvətləri haqqında əfsanələr gəzirdi. 1949-cu ildə Lidiya Ruslanova dördüncü əri General Vladimir Kryukovla birlikdə həbs olundu. Evdən zinət əşyaları, antik mebellər, xalçalar, xəzlər, heykəllər, 300 cüt ayaqqabı və dörd avtomobil çıxarıldı. Ruslanova, zinət əşyalarının əsas hissəsini qulluqçusunun evində gizlətmişdi, ancaq yaşlı qadına işgəncə veriləcəyindən qorxaraq, gizlətdiyi yeri açıb dedi.

Sobada qiymətli şeylərlə mücrü tapılmışdı: 208 brilyant, göy yaqutlar, yaqutlar, mirvari və qızıl bəzəkləri, həmçinin məşhur rəssamların 132 şəkili də  müsadirə edilmişdi: Vrubelin, Kustodiyevin, Nesterovun, Repinin, Polenovun və s.

Antisovet təbliğata görə Ruslanova, əmlakı müsadirə olunmaqla 10 il müddətinə islah-əmək düşərgəsinə məhkum edildi və bundan sonra Ozerlaqa göndərildi. Lidya Ruslanova, Stalinin ölümündən sonra 1953-cü ilin avqustunda azad olundu. Daha sonra səhnəyə qayıtdı və ölümünə qədər ölkənin şəhərlərində qastrolda oldu.

Natalya Durova

Natalya Durova məşhur sirk sülaləsinin davamçısı idi. Onun fantastik sərvəti haqda da əfsanələr dolaşırdı. Moskva və Parisdə mənzillər, 19-cu əsr mebelləri, qədim ikonalar və antik brilyant kolleksiyasını milyonlarla dollara qiymətləndirirdilər.  Ən qiymətlisi Böyük Yekaterinonun unikal mavi brilyantları və süvarilər qızı Nadejda Durovanın üzüyü idi. Məşhur heyvan təlimçisinin ölümündən sonra Durovanın mirası varislərin mübahisə predmeti oldu. Uzun sürən məhkəmə iddiaları nəticəsində kolleksiya Durovanın nəvəsi Yelizaveta Solovyevaya çatdı.

Sergey Mixalkov

Bütün ən yüksək mükafatlara və adlara layiq görülmüş Sergey Mixalkov rəsmi milyonçu idi. Sovet ədiblərinin gəlirləri tiraj ödəmələrindən formalaşırdı, və  Mixalkovun kitabları böyük tirajlarla buraxılırdı.

Mixalkov ssenarist, ideya müəllifi və "Fitil" kinojurnalının baş redaktoru idi.

Hətta söhbətlər gəzirdi ki, Mixalkovun o qədər pulu var ki, bankda "açıq" hesabı var - yəni məhdudiyyətsiz istənilən məbləği götürə bilər. Bir dəfə bu barədə ondan soruşduqda ki: doğrudurmu? Mixalkov dedi - cəfəngiyyatdır. Ancaq bir gün onunla birlikdə Sankt-Peterburqda gəzərkən, zarafatla dörd mərtəbəli modern stildə tikilmiş  malikanəsini göstərərək soruşdum: "Sergey Vladimiroviç, satın ala bilərsinizmi?" Binaya baxdı və tipik pəltəkləməylə ciddi cavab verdi: “M -mən bəlkə də edə bilərəm. Amma etmərəm! " - məşhur kinorejissor Aleksandr Stefanoviç xatırlayırdı.

Yuriy Antonov

Antonovu estradada birinci qanuni sovet milyonçusu adlandırırdılar.  Orta hesabla 120 rubl maaş alan sənətçi ayda 15.000 qazanırdı. Ancaq məşhur ifaçı olmaqdan əvvəl, 70-ci illərdə müğənni Yuqoslaviyalı bir qadınla evləndi, Qərbə səyahətə başladı və Sovet İttifaqındakı həmkarlarına xarici aparaturalar satmağa başladı. "İşlər o qədər yaxşı getdi ki, sözün əsl mənasında kisələrlə pulu var idi" xatırlayır Yuri Nikolayev. - Yatağın altında qalaq-qalaq yığmışdılar. Və Yura mənə dedi: “Onları harada xərcləyəcəyimi bilmirəm! Hər gün içsəm də, ən yaxşı restoranlarda yeyib, ən yaxşı otellərdə yaşasam da, bu qədər pulu xərcləyib qurtara bilməyəcəyəm."

Anatoliy Karpov

Əfsanəvi şahmatçı demək olar ki, bütün rəqiblərini məğlub etmişdi və əsas gəliri böyük beynəlxalq turnirlərdəki uduşlardan idi. Ondan leqal Sovet milyonçusu adlandırıla biləcəyini soruşduqda, çəkinmədən cavab vermişdi: "Bəli". Anatoliy Yevgenyeviç ehtiraslı bir filatelistdir, marka kolleksiyasını 60 il əvvəldən toplamağa başlayıb və ən nadir olanlarını bankda saxlayır. Kolleksiyanın 13 milyon dollar olduğu təxmin edilir, baxmayaraq ki, Karpov özü bunun nə qədər başa gələ biləcəyini bilmədiyini söyləyir, çünki heç vaxt bütövlükdə deyil, yalnız hissələrlə sərgilənib.

Mənbə: goodhouse.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR