Eyni məlumat Bayıl həbsxanasının 39 nömrəli kamerasında yerləşən muzeyində də var idi
Bütün məşhur insanların tərcümeyi-halları təmizlənir - bu sübut tələb etməyən həqiqətdir. Məşhur şəxsiyyət "bütün vasitələr yaxşıdır" tezisinin sübutu olaraq deyil, başqalarının bənzəməyə çalışması üçün nümunə kimi xidmət etməlidir.
Xüsusilə bu siyasətçilərə və dövlət başçılarına aiddir. Onlar, bir qayda olaraq, "zirvəyə" gedən yolda pis əməllərdə çirklənirlər.
Buna görə təəccüblü deyil ki, bütün mənfi cəhətləri ilə yanaşı, şübhəsiz böyük insan olan Stalinin tərcümeyi-halından onun "böyüklüyünə" kölgə sala biləcək hər şey silinmişdi.
Məsələn, İosif Vissarionoviçin altı dəfə həbsdə olması haqqında konkret məlumat tapmaq indi də olduqca çətindir. Çünki bunlardan yalnız biri siyasi səbəblərə görədir, qalanları soyğun və qarətdir.
Müxtəlif həbslərdən Stalinin qeydiyyat kartları
Bütün bunlar aydındır. Keçmişə təqdim edilə bilən görünüş vermək üçün mənfi məqamlar haqda susmaq, pozitivləri isə şişirtmək lazımdır.
Ancaq əfsanələr uydurmaq, başqa bir hekayədir.
Hələ həyatda olan Rəhbərin tərcümeyi-halına nəyisə özündən əlavə etməyə risk etmək... bunun üçün çox riskli adam olmaq lazımdır. Üstəlik, əgər bu, arxivlər vasitəsilə asanlıqla yoxlana bilən lokal əfsanədirsə.
Bayıl paradoksu
Stalinin həyatını araşdıran hər hansı bir şəxs, şübhəsiz ki, belə paradoksla qarşılaşdı - İosif Vissarionoviçin rəsmi tərcümeyi-halında onun Bayıl həbsxanasından qaçması barədə heç bir şey yoxdur, hərçənd ki, bu onun inqilabdan əvvəlki keçmişinin ən parlaq səhifələrindən biridir. Və həyatına dair çoxsaylı təsvirlərdə bu fakt mövcuddur.
Bayıl quberniya həbsxanası - quberniyanın hər yerindən ən qatı başkəsənlərin aparıldığı yer. "Əlçatmaz" şöhrəti var idi. 1888-ci ildən 1994-cü ilə qədər Stalin ondan qaçan yeganə insan hesab olunurdu.
Bayıl həbsxananın içərisi, bağlandıqdan sonra
Hətta Vikipediyada uyğunsuzluqlar var.
"Stalin, İosif Vissarionoviç" məqaləsini Vikipediya bu sətirlə məhdudlaşdırır:
1910-cu ilin martında Stalin həbs edildi və Bakıda altı aylıq həbsdən sonra yenidən Solvıçeqodska göndərildi.
“Stalinin İnqilabdan əvvəl tərcümeyi-halında”:
25 mart 1908-ci ildə Stalin Bakıda tutuldu və Bayıl həbsxanasına salındı.
1910-cu ilin martında yenidən Bayıl həbsxanasına göndərildi
Hər iki məqalədə qaçmaq barədə bir söz yoxdur.
Lakin "Bayıl Həbsxanası"nın sorğusu əsasında Vikipediya qaçış barədə artıq məlumat verir:
1908-ci ilin martından noyabr ayına qədər və 1910-cu ilin martından sentyabr ayına qədər Stalin Bayıl həbsxanasında cəza çəkib.
Stalin bu həbsxanadan uğurla qaçan ilk şəxs idi.
Böyük Sovet Ensiklopediyası daha sadə hərəkət edir, rəhbərin həbsxana keçmişinə ümumiyyətlə toxunmur. Yalnız belə bir şey olduğunu ötəri xatırladır:
Gizli inqilabi fəaliyyət dövründə dəfələrlə həbs edildi və sürgünə məruz qaldı.
Sovetlə müqayisədə Böyük Rusiya Ensiklopediyası daha məlumatlıdır:
Stalin dəfələrlə qısamüddətli həbs edilmiş və jandarmlar tərəfindən tutulmuş, bir neçə dəfə Sibir və şimal bölgələrindəki polislərin ictimai nəzarəti altında inzibati sürgünə göndərilmişdir. Çox çətinlik çəkmədən bir sıra qaçışlar etmişdi (1904, 1909, 1912-ci ildə iki dəfə və başqaları).
Rusiya ensiklopediyasında həbs cəzalarının cüziliyinə incə şəkildə yanaşılır - "qısa müddətli həbs olundu".
Oxucu dərhal uzun müddət Kobanın varlı vətəndaşlar üçün əvvəlcə Tiflisdə, sonra Bakıda necə təhdid olduğuna şübhə etmədiyi üçün Cuqaşvilinin həbsini, bir növ siyasi sərsəmlik kimi təsəvvür edir.
Bayıl həbsxanasının dəhlizi
Məsələ bundadır ki, "heç bir çətinlik çəkmədən bir sıra qaçışlar etdi" ifadəsi hətta Stalin dövrü üçün də çox olardı. Nə də olsa, o dövrün təbliğatçıları indikilərdən bir baş üstün idilər.
Burada anlamaq da olmur, Stalinmi daha hünərli idi, ya da hər şey hətta onun belə qaça biləcəyinin mümkün olduğu qədər sadə idi?
Bununla belə, qaçış tarixlərinin Cuqaşvilinin Bayıl həbsxanasında həbs olunduğu rəsmi illərə uyğun olmadığına diqqət edirik. Onların hamısı sürgündən qaçış haqdadır.
Stalin Azərbaycanda neçə dəfə həbsdə olub?
Gördüyümüz kimi, bu mövzu kifayət qədər qapalıdır. Rəsmi olaraq, Stalin iki dəfə, 1908 və 1910-cu illərdə Azərbaycanda həbsə girib. Hər iki halda, altı ay (6 və 8 ay) cəza çəkdikdən sonra, sürgünə göndərilib.
Bakı, 1910
Eyni məlumat Bayıl həbsxanasının 39 nömrəli kamerasında yerləşən muzeyində də var idi. O kamerada ki, gənc Koba oturmuşdu. Buradan da qaçmasının əfsanəsi başladı.
Görünür həbsxana rəhbərliyindən ağıllı biri başa düşdü ki, gec-tez Stalin öz coşqun cavanlığının lal şahidini xatırlayacaq. Buna görə də, hər şeyin lazım olduğu kimi yenidən yazıldığını göstərməyə tələsdi. Üstəlik, qaranlıq cinayət keçmişi şərəfli bir mübarizə gəncliyinə çevrildi.
Yalnız "əhəmiyyətsiz" işlər üzrə iki həbs müddəti qalıb:
Siyasi.
Məhz guya bu zaman qaçdığı iddia edildi.
Qaçmaq üçün.
Əslində isə Stalini alınmayan basqına görə tutmuşdular. Bu zaman isə o, həqiqətən axtarışdaydı və Solvıçeqodskdakı sürgündən qaçmışdı.
Solvıçeqodsk, başa düşdüyünüz kimi, hər iki halda Cuqaşvilinin göndərildiyi yerdir. Daha doğrusu, birinci halda oraya sürgün olunmuşdu, ikincisində isə cəza müddətinə əlavə edərək yenidən ora qaytardılar.
Şəhər maraqlıdır, çünki burada Stalinə çox yer ayrılmış Tarix və İncəsənət Muzeyi var.
Həmin muzeydən Kobanın Bakıda başqa bir həbsi barədə məlumat alırıq:
Solvıçeqodsk Tarix və İncəsənət Muzeyinin sektor müdiri A. POROŞİNA-nın məqaləsi
Tərcüməsi :
Martın 5-i çox adam üçün heç nə ilə yadda qalmayan bir gündür. Yalnız ola bilsin ki, yaşlı nəsil xatırlayır ki, 1953-cü ilin bu günü İosif Vissarionoviç Stalin vəfat edib.
İ.V.Stalin 21 dekabr 1879-cu ildə gürcü şəhəri Qoridə pinəçi Vissarion İvanoviç Cuqaşvilinin ailəsində dünyaya gəlib. 9 yaşında olanda valideynləri İosifi Qoridəki dini məktəbdə təhsil almağa qoydular. Sonra təhsilini Tiflisdəki dini Seminariyada davam etdirdi. Artıq 15 yaşından İosif Cuqaşvili inqilabi fəaliyyətlə məşğul olmağa başlamışdı. 24 may 1899-cu ildə onu inqilabçılarla əlaqələrinə görə, Seminariyadan xaric etdilər. O, Tiflisdə rəsədxanada təmizləyici işinə girir, gənclər və fəhlələr arasında aktiv inqilabi təbliğat aparmağa davam edir. İosif Cuqaşvilinin Zaqafqaziyanın müxtəlif bölgələrinə səfərlər etməsi polisin diqqətindən yayınmır. İlk həbsi 1902-ci ildə Bakı şəhərində baş verdi. 1902-1913-cü illər aralığında onu 7 dəfə tuturlar, bunların altısında cəza növü kimi sürgün seçilir, iki dəfə sürgün dövrünü Solvıçeqodsk-da keçirir. Bu şəhərə İ.V.Stalin ilk sürgünə 27 fevral 1909-cu ildə gəlir. Kəndli Qriqorovun evinə yerləşir (hazırda ora Solvıçeqodsk muzeyinin sərgi zalıdır). Sürgündə olan digər siyasi fəallarla, şəhər əhalisi ilə yaxınlıq edir. 116 gün sonra Stalin yerli sakinlərin köməyilə qaçış edir. O, qadın paltarı geyinərək öncə qayıqla Vıçeqdaya, oradan da Kotlasa yollanır. Sonra tale onu yenə də çar mütləqiyyətinə qarşı fəal inqilabi mübarizə apardığı Zaqafqaziyaya gətirir. 9 ay sonra Stalin yenidən polis tərəfindən həbs olundu və əvvəlki sürgün yerinə- Solvıçeqodska göndərildi. İ. V. Stalin Solvıçeqodska ikinci dəfə 29 oktyabr 1910-cu ildə gəlir. Kəndli qadın M.P.Kuzakovanın, ondan qabaq siyasi sürgünə göndərilmiş İoseliaminin yaşdığı evinə yerləşir (indi ora İ.V.Stalinin xatirə muzeyidir). Bu dövrdə siyasi baxışlarına görə Solvıçeqodska sürgündə olanlarla sıx əməkdaşkıq edir, sosial-demokratlarla əlaqələr qurur və digər inqilabçılarla, o cümlədən, V.İ.Leninlə fəal yazışmalar aparır. Özünütəhsillə ciddi məşğul olur: marksist, iqtisadi, fəlsəfi ədəbiyyatlar oxuyur, məqalələr yazır, marksist dərnəklərdə içtirak edir, bir sıra yerli sakinkərlə yaxınlıq edərək, onları inqilabi fəaliyyətə cəlb edir. Solvıçeqodsk polisi siyasi sürgündə olanların qaldıqları evlərdə çox tez-tez axtarışlar aparır, onların hər addımını diqqətlə izləyirdi. Bu dəfə İ.V.Stalin sürgündə sonadək qaldı. O, 1911-ci ilin 6 iyulunda azad edildi və görənlərin dediyinə görə, Voloqdaya, polisin ciddi nəzarəti altına göndərildi.
1903-cü ildə Stalinin Bakıda həbs yatması faktını, onun kamera yoldaşları – eserlərlə söhbət etmiş fransız jurnalisti Anri Barbyus da təsdiqləyir.
Anri Barbyus (fr. Henry Barbusse; 17 may 1873, Asnieres-sur-Seine, Fransa - 30 avqust 1935, Moskva, SSRİ) - fransız yazıçısı, jurnalist və ictimai xadim. Fransa Kommunist Partiyasının üzvü (1923-cü ildən). SSRİ Elmlər Akademiyasının fəxri əcnəbi üzvü (1933).
Bayılda Kobanın varlığının sosialist-inqilabi xatirələrindən bəhs ediriksə, onunla birlikdə oturan Semyon Vereşak yazır:
Tərcüməsi:
“Koba qəti birtərəfli inkişaf etmişdi, ümumi prinsiplərdən, yetərli ümumtəhsil hazırlığından məhrum idi. Təbiət etibarı ilə həmişə qeyri-mədəni, qaba adam idi. Bütün bu keyfiyyətləri onda xüsusi yığılmış bir hiyləgərlik altında elə gizlənirdi ki, hətta ən diqqətli adam da ilk baxışda onun digər gizli cəhətlərini sezə bilməzdi. Onun xarici görünüşü yeni adamda pis təəssürat yaradırdı. Koba bunu da nəzərə almışdı. O kütləvi yığıncaqlarda heç vaxt açıq çıxışlar etmirdi, necə ki, indinin özündə də çıxış etməməyi tərcih edir”:
“Kobanın zahiri görünüşü və polemik kobudluğu onun çıxışlarını hər dəfə xoşagəlməz edirdi. Onun nitqi kəskin ağıldan xəbər verməyən quru ifadə formalarından ibarət idi.”
Semyon Veresşakın "Günlər" qəzetindəki məqaləsindən sitatlar, Paris, redaktor Kerenski. (Rusiya Federasiyasının Dövlət Arxivindən)
Və hər halda qaçış olmuşdu ya yox?
İosif Cuqaşvilinin başqa bir həbs cəzası barədə məlumat tapmaq üçün 200 km Bakının cənubuna getməliyik. Şanlı Lənkəran şəhərinə.
Onun görməli yerlərindən birinə, dairəvi "Zindan" qalasına və ya yerli sakinlərin dediyi kimi, Dairəvi qalaya, yəni Zindana.
Lənkəran zindanı
1747-ci ildə böyük müdafiə quruluşunun bir hissəsi - Lənkəran qalası olaraq inşa edilmiş, Rusiya imperiyasının gəlişinə qədər öz rolunu oynamışdır. Sonra, 1970-ci ilə qədər, həbsxana olub.
İçərişəhərdən daha böyük olan Lənkəran qalasının özü 200 il əvvəl rus qoşunları tərəfindən dağıdılıb. Amma ondan daha bir nişan tikintisi qaldı — mayak — demək olar ki, həbsxananın əkizi..
Lənkəran qülləsi-mayak
Nadir şahın əmri ilə müdafiə qurğuları inşa edilən zaman hər iki qüllə bir-biri ilə yeraltı keçidlə bağlanmışdı.
Hətta təsvirlər var ki, keçid o qədər geniş idi ki iki nəfər tam dik duraraq burada sərbəst hərəkət edə bilirdi.
Anladığınız kimi, bütün bunları görə izah etməyimiz səbəsiz deyil.
Stalin üç dəfə Bayıl həbsxanasına düşdükdən sonra, onun paytaxtda inqilabın ehtiyacları üçün qiymətli şeyləri çalıb-talamaq imkanları qeyri-mümkün oldu. Buna görə də onun dəstəsi digər şəhərləri hədəf aldı.
Lənkəran, o vaxtın çiçəklənən şəhərciklərindən biri kimi, onun maraq dairəsinə düşdü. Burada o, bankı müvəffəqiyyətlə qarət etsə də, poçt qatarının soyğunçuluğu eyni cür alınmadı.
Kobanı tutaraq Dairəvi Qalaya apardılar.
Bir qədər də həbsxanadan
Burada uzun müddət qaçış hazırlayan yerli dustaqların köməyi ilə yeraltı keçiddən qaçmağı bacarır. Əvvəlcə mayaka, dənizə, sonra dağlara.
Rəsmi salnaməçilər bu qısa müddətli nəticəni belə təsvir edirlər:
23 iyun - 26 iyun 1911 - Stalinin sürgün edilmiş Sosial Demokratlar toplantısını təşkil etdiyi üçün dördüncü üç günlük həbs.
27 iyun - ... İ.V. Cuqaşviliyə Qafqazda, paytaxtlarda və fabrik mərkəzlərində yaşamaq qadağan olundu, yaşayış yeri olaraq o, Voloqda şəhərini seçdi.
Liderin sonrakı həyat yolları Qafqazdan çox uzaqda baş verir.
Həyatı boyu, yüksək vəzifələr tutsa da, Stalin heç vaxt Zaqafqaziyaya baş çəkmədi. Lakin Qafqaz xalqlarının deportasiyası ilə fəal məşğul olurdu.
Mənbə: zen.yandex.ru
--
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət