Slimfit
  1. MARAQLI

Sovet elektrik sənayesi işçisinin sirri – gizli milyarder

Sovet elektrik sənayesi işçisinin sirri – gizli milyarder
Sakura

Kolleksiyanın ümumi dəyərinin milyardlarla dollarla ölçüldüyü barədə fikirlər var.

 İlyin kolleksiyası, Sovet İttifaqında incəsənət və qədim ədəbiyyatın qiymətli predmetlərinin böyük özəl bir kolleksiyasıdır ;  ehtimal ki,  Kirovoqrad RES -in  elektrikçisi olan A. İlyinin ölümündən sonra yaşayış yerində aşkarlanan kolleksiya,  Avropa ölkələrində olan ən böyük şəxsi kolleksiyalardan biridir. Kolleksiyanın mənşəyi və gizli kolleksiyaçının əlinə necə keçdiyi məlum deyil;  Bunun üçün təsdiqlənməsi və ya təkzib edilməsi mümkün olmayan bir sıra izahatlar var.

Gizli kolleksiyaçının kolleksiyasının nüsxələri 

22 oktyabr 1993-cü ildə Kirovoqradda (Ukrayna-red), SSRİ kolleksiyaçıları və muzey işçiləri arasında qədim qalıqları əla bərpa edən və cildçi kimi məşhurlaşan RES-in elektrikçisi A. İlyin vəfat edir.  Bir müddət sonra nadir ədəbiyyatın bahalı nəşrləri qonşu “Bukinist” mağazasında satılmağa başlayır.  Məlum olur ki, satışa Aleksandrın ölümündən sonra onun evində yaşayan  qohumları başlayıb.

 Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) əməkdaşları Ilyinin evində nişanlar, rəsm əsərləri, qab-qacaq və digər qədim əşyaların zəngin  kolleksiyasını tapırlar.  Bununla belə, kolleksiyanın çox hissəsi qədim qiymətli kitablardan ibarət idi.

 Elektrikçinin vəfatına qədər heç  kəs onun kolleksiyasında neçə nüsxə olduğunu təxmin belə etmirdi.  Mövcud mənbələr bu gün təxminən 3000-4000 kolleksiya predmetinin olduğu ehtimalını qeyd edirlər.  Təkcə bir neçə on minlərlə kitab var .

 Aleksandrın var-dövlətinin dəyərini dəqiq hesablamaq çətindir, çünki bunun üçün xaricdən mütəxəssislər dəvət olunmalıdır və ya  qalıqlar xaricə göndərilməlidir.  Mövcud mənbələrdə köhnə elektrikçidə tapılan nüsxələrin tam siyahısı göstərilmir.  Ancaq bütün bu qalıqların çox bahalı olduğuna şübhə yoxdur.  Məsələn, yalnız "Bizans minaları" kitabı, müxtəlif hesablamalara görə təxminən 100 min dollara, "Çar ovu "  4 cildlik nəşri  isə 200 min dollara gəlib çıxa bilər.  Kolleksiyanın ümumi dəyərinin milyardlarla dollarla ölçüldüyü barədə fikirlər var.  Ancaq bəzi mənbələr rəqəmlərin media tərəfindən həddən artıq şişirdildiyini göstərir.

 O an qüvvədə olan qanun normalarına uyğun olaraq vəsiyyət və qeydiyyat olmadığına görə sovet elektrik sənayesi işçisinin kolleksiyası 1994-cü ildə dövlət tərəfindən  milliləşdirilib.

Mənbə: zen.yandex.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR